Dövlətin virusa qarşı mübarizəsinə sabotajı kim edir -'Azərişıq' ASC vətəndaşlara işıqlarını kəsəcəkləri ilə bağlı bildirişlər göndərir? FOTOFAKT

25-03-2020, 15:11           
Dövlətin virusa qarşı mübarizəsinə sabotajı kim edir -'Azərişıq' ASC vətəndaşlara işıqlarını kəsəcəkləri ilə bağlı bildirişlər göndərir? FOTOFAKT
Teref.az yazır ki, deyəsən 'Azərişıq' ASC-in rəhbərliyinin pul qazanmaq o qədər gözlərini örtüb ki, koronovirus və onunla bağlı dövlətin atdığı mühüm addımlardan xəbəri belə yoxdur.
Dövlətin dünyanı bürüyən bu bəladan vətəndaşlarını hifs etmək üçün göstərdiyi cabalara rəğmən 'Azərişıq' ASC vətəndaşlara belə bildirişlər göndərir.
Dövlət rəhbərinin çıxışlarında dəfələrlə məmurlara, iş adamlarına deyib ki, bu ağır zaman kəsimində vətəndaşlara arxa, dayaq durun. Amma görünən odur ki, deyilənlər 'Azərişıq' ASC rəhbərliyinin qulağna hələ çatmayıb.
Amma bilən adamlar deyirlər ki, məsələ heç də elə deyil, sadəcə deyəsən 'Azərişıq' ASC Koronavirusla Mübarizəyə Dəstək Fonduna keçirtdiyi 250 000-nı bu yolla çıxardmaq istəyir.
Teref.az

Teref.az “Azərişıq” ASC-nin mövqeyini təqdim edir:
“Son günlər sosial şəbəkələrdə “Azərişıq” ASC-nin adından saxta elanlar paylaşılır. Bu elanlar “Azərişıq” ASC tərəfindən yayılmayıb”.

Metbuat.az xəbər verir ki, bunu “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev sosial şəbəkələrdə qurum adından abonentlərə ünvanlanan müraciətə münasibət bildirərəkən deyib.
Onun sözlərinə görə, cəmiyyətdə çaşqınlıq yaradan bu elanlar həqiqəti əks etdirmir:

“Bakı şəhəri Nizami və Yasamal rayonları ərazilərində - “Abonentlərin nəzərinə xəbərdarlıq” – İstifadə olunan elektrik enerjisinin borcuna görə 23.03.2020 tarixdə saat 10.00-dan etibarən borclu abonentlərin elektrik enerji verilişi xəbərdarlıq edilmədən dayandırılacaq” məzmunlu elanlara rast gəlinib.

Ünvanı məlum olmayan bu elanların “Azərişıq” ASC-yə heç bir aidiyyəti yoxdur. Bu elanlar həqiqəti əks etdirmir və cəmiyyətdə çaşqınlıq yaradır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru