Bərdədə maska, spirt və un qıtlığı

27-03-2020, 09:59           
Bərdədə maska, spirt və un qıtlığı
Azərbaycanın bütün bölgələrində koronavirus infeksiyasına qarşı ciddi mübarizə aparıldığı halda Bərdə şəhərində bu hal müşahidə olunmur. ANAXEBER.az-a daxil olan məlumatda deyilir ki, koronavirus infeksiyasına qarşı mübarizə başlanandan şəhərin apteklərində spirt və maska yoxa çıxıb. Bu isə insanların gigiyenik qaydalara riayət etməsini çətinləşdirib. “Doğrudur, insanlar maksimum çalışırlar bayıra çıxmasınlar. Amma nəzərə alınmalıdır ki, Bərdədə əksəriyyət həyət evində yaşayır və çoxunun xırda təsərrüfatı var. Bu isə o deməkdir ki, insanlar təsərrüfata baxmaq üçün bayırda olmalıdır. Maskasız, spirtsiz isə bu təhlükəlidir. Amma yerli rəhbərlik məsələyə laqeyd yanaşır”, - deyə sakinlər bildirir.Məlumatda o da bildirilir ki, şəhərdə un qıtlığı da yaranıb. Sakinlər hesab edir ki, bu süni qıtlıqdır. Möhtəkirlər daha çox qazanmaq üçün koronavirus təhlükəsindən istifadə edərək unu qıta çıxarıblar.Şəhərdə dezinfeksiya işləri də ürəkaçan deyil. Bildirilir ki, dezinfeksiya məhlulunun tərkibi əsasən su təşkil edir. “Spirti sanki qaşıqla töküblər. 90 faizi sudur. Belə dezinfeksiya olmaz axı”, - deyə sakinlər bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru