Lənkəranın icra başçısı Əli Həsənovun yaxın adamı imiş... - İDDİA

8-04-2020, 17:45           
Lənkəranın icra başçısı Əli Həsənovun yaxın adamı imiş... - İDDİA
"Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov əslində, yeniləşən komanda üçün yad fiqurdur. Onun barəsində gediş qərarı çoxdan şıxarılıb. Sadəcə olaraq koronavirus məsələsi bir çoxları kimi, Taleh Qaraşovun da işinə yaradı". Bu sözləri DİA.AZ-a Lənkəran RİH-dəki mənbə bildirib.

Mənbənin dia.az-a ddeikləri: "Taleh Qaraşov PA-nın keçmiş şöbə müdiri Əli Həsənovun ən yaxın adamlarından biri olub. O qədər yaxın olublar ki, hətta Əli Həsənov Qaraşova "sən mətbuatda yazılanlara fikir vermə, işini gör" deyərək onu arxayın da salıbmış".

Mənbə iddia edir ki, sonradan müxtəlif əlaqələri hesabına görəvdə qalmağı bacaran Taleh Qaraşov hətta hüquq-mühafizə orqanlarındakı dostlarının da hesabına vəzifəsini qorumağa, əlindəki rıçaqları itirməməyə çalışıb:

"Amma indi yeniləşən bir məqam gəlib. Taleh Qaraşov barəsində çoxdan çıxarılan qərarla yola salınacaq. Onun yenidən hansısa yeni vəzifəyə gətiriləcəyi isə gözlənilən deyil".

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru