İcra başçısının rəis kürəkəninə məxsus maşın "protiv" gedir - VİDEO

11-04-2020, 20:04           
İcra başçısının rəis kürəkəninə məxsus maşın "protiv" gedir - VİDEO
Yol hərəkəti qaydasını pozaraq təhlükəli hərəkət edən sürücü kameraya düşüb.

Pravda.az xəbər verir ki, aprelin 10-u Binəqədi rayonu DSK kimi tanınan yolda hərəkət edən 10-AA-020 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü 1.1 bütöv xəttin tələbini pozaraq əks istiqamətdə ötmə qaydasını pozub.
Məlumata görə qeyd olunan avtomobil "Elnur Group MMC"yə məxsusdur. Avtomobilin sahibi olan Elnur Əliyev, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin kürəkənidir. Elnur Əliyev Bakıda polis bölmələrindən birinin rəisidir.

Avtomobilin kifayət qədər ödənilməyən cərimələri var. Bu səbəbdən nəqliyyat vasitəsinin duracağa təmin edilməsi ilə bağlı iki həbsi də var. Avtosfer.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru