"Əmircanda binanın zirzəmisi virus mənbəyidir" - Sakinlər Operativ Qərərgaha müraciət etdilər FOTOFAKT

26-04-2020, 18:13           
"Əmircanda binanın zirzəmisi virus mənbəyidir" - Sakinlər Operativ Qərərgaha müraciət etdilər FOTOFAKT
Bir qrup Əmircan kənd sakini Azərbaycan Respublikasının Baş naziri yanında Koronovirusla mübarizə komissiyasına müraciət ünvanlayıb Müraciətin bir surətidə Teref.az-ın elektron poçtuna daxil olub. Məktubu təqdim edirik:
Azərbaycan Respublikasının Baş naziri yanında Koronovirusla mübarizə komissiyasına Suraxanı rayonu Əmircan qəsəbəsi keçid 18/49 ev 2 ünvanında yaşayan sakinlər adından

Ərizə

Yazıb sizə bildiririk ki, yaşadığımız binanın zirzəmisi neçə illərdir ki, çirkab sularla doludur. Zirzəminin çirkab su ilə dolu olması nəticəsində zirzəmi həşəratlarla, gəmiricilərlə dolu olur. Üfunətdə nəinki burada yaşamaq, hətta binanın yanından keçmək mümkün deyil. Faktiki olaraq, biz çirkab su üzərində üfunət və rütubət dolu otaqlarda yaşayırıq. Bu da gələcəyimiz olan uşaqlarımızın sağlam böyüməsinə mənfi təsir edir. Dəfələrlə bu barədə müvafiq qurumlara müraciət etsək də, heç bir tədbir görülməyib.

Dövlət koronovirusla mübarizə aparırdığı bir zamanda amma bizim yaşadığımız binanın zirzəmisi virus mənbəyidir.

inanırıq ki, bizi bu bəladan yalnız siz qurtaracaqsınız. Əvvəlcədən sizə təşəkkür edirik.

Tarix: 25.04.2020

İmza:

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.