Ucar "Aqroservis"-də nələr baş verir - ŞİKAYƏT

28-04-2020, 08:30           
Ucar "Aqroservis"-də nələr baş verir - ŞİKAYƏT
Biz Ucar "Aqroservis"in rəisi Ruslan Əliyevin korrupsiya əməlləri barədə baş idarəyə Akşin adlı şöbə müdirinə zəng edib şikayətimizi bildirdikdə dedi ki, Ruslan Əliyev nə deyirsə onunla razılaşın siz hara şikayət etsəniz ərizələriniz araşdırılması üçün bizə gələcək məndə rəy verəcəm ki, yalandır, özünüzü yormayın mənası yoxdur.
Teref.az-a daxil olan şikayət məktubu belə başlayır. Şikayətçi vətəndaşlar daha sonra yazırlar:
Ruslan Əliyev nə deyirsə onunla razılaşın.
Sonradan bizə məlum oldu ki, Ucar "Aqroservis"in rəisi Ruslan Əliyevi məhz Aqşin adlı şöbə müdiri himayə edirmiş.
Qeyd edək ki, 2019-cu ilin istehsalı olan "Sampo" 2065 markalı kombaynı Ruslan Əliyev qanunsuz olaraq Hikmət adlı öz yaxın adamına vermişdir.O, isə ötən il İsmayıllı rayonunda kombayının cprs aparatını və telefonunu söndürərək bütün mövsüm ərzində taxıl biçini aparmışdır.Bu isə ciddi qanunsuzluqdur.Çünki qanuna əsasən lizinqdə olan kombaynların cprs aparatı açıq olmalıdır ki, neçə hektar taxıl biçilməsi qeydə alınsın.
Qeyd edək ki, Ruslan Əliyev Ucar "Aqroservis"-ə rəis vəzifəsinə təyin olunmamışdan əvvəl Kürdəmir rayon icra hakimiyyətində şöbə müdiri vəzifəsində işləyib.Vəzifə səlahiyyətlərindən sui-istifadə edərək zəbt etdiyi örüş torpaqlarında böyük bir iri və xırda buynuzlu heyvan ferması yaratmışdır.Həmin örüş torpaqlarının böyük hissəsini isə təyinatı dəyişmədən əkin işi aparmışdır.Hazırda Kürdəmirdə yerləşən həmin fermada 10 min baş qoyun, 1000 baş iri buynuzlu heyvan saxlanılır.
Hörmətli prezidentimiz İlham Əliyev çıxşlarında tez-tez vətəndaşları incidən dövlət əmlakın talan edən vəzifəli şəxslərə barmaq silkələyib qanunlara riayət etməyə çağırır.Ancaq çox təssüf olsun ki, Ruslan Əliyev bundan nəticə çıxarmaq istəmir. Çünki onu dövlət və qanunlar yox öz maddi marağı düşündürür.
Xahiş edirik, şikayət ərizəmizi bizim iştirakımızla yerində araşdırıb “Ucar Aqroservis”in müdiri Ruslan Əliyevin və onu himayə edən baş idarədə işləyən Aqşin adlı şöbə müdirinin barəsində ciddi tədbirlər görəsiniz.
İmza; “Ucar Aqroservis”in işçiləri
1.Ucar rayonu Alpı kənd sakini Rüstəmov Səfər Mikayıl oğlu
.Ucar rayonu Yuxarı Şilyan kənd sakini Əhmədov Beyput Abbas oğlu
3.Ucar rayonu Qazyan kənd sakini Sadıqov Təyyar Həsənqulu oğlu
4.Ucar rayonu Qazyan kənd sakini Cəbrayılov Rahib Sahib oğlu
5.Ucar rayonu Yuxarı Şilyan kənd sakini Salahov Taleh Ənvər oğlu
Teref.az olaraq qarşı tərəfin fikirlrini dinləməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.