Kərəm Həsənov Bakıda biznes mərkəzi tikdirir – FOTOLAR

29-04-2020, 18:35           
Kərəm Həsənov Bakıda biznes mərkəzi tikdirir – FOTOLAR
Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənov yeni biznes mərkəzi tikdirir.

Bu barədə Unikal.org-a daxil olan məlumatda bildirilir ki, K.Həsənov özünə yaxın tikinti şirkətləri vasitəsi ilə Bakı şəhərinin Heydər Əliyev prospektində böyük bir biznes mərkəzinin tikintisinə başlayıb. Verilən məlumata görə, dəyəri yüz milyondan çox olan bu mərkəz paytaxtda fəaliyyət göstərən biznes mərkəzlərin ən böyüyü olacaq.

Qeyd edək ki, Bakıda Kərəm Həsənova məxsus böyük obyektlər də fəaliyyət göstərir. Belə ki, Dalğa Plaza, Baxçasaray Şadlıq Sarayı, “Bakı Mall”, “Tarqovı”da Bakı Ticarət Mərkəzi Kərəm Həsənova məxsusdur. Bu obyektlərin idarə olunması oğlu Ceyhun Həsənov tərəfindən həyata keçirilir.

Onu da nəzərə çatdıraq ki, K.Həsənov 10 il Əmlak Komitəsinin sədri vəzifəsində çalışıb.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru