Daha bir İH-də rüşvət araşdırması gedir? - Video

30-04-2020, 00:02           
Daha bir İH-də rüşvət araşdırması gedir? - Video
Bərdə rayon Kommunal Müəssisələr Kombinatının rəhbəri Natiq Qasımov barəsində hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bu barədə KONKRET.az-a daxil olan məlumatda bildirilir ki, araşdırmaya səbəb müvəqqəti iş yerləri üçün ayrılan vəsaitin mənimsənilməsi və ayrı-ayrı şəxslərin adına olan bank kartlarından istifadədir.

Qeyd edilib ki, bu vaxta qədər də N.Qasımova bu əməllərinə görə aidiyyəti qurumlar tərəfindən bir neçə dəfə xəbərdarlıq edilib. Həmçinin o da bildirilib ki, N.Qasımovun oğlu Anar Hətəmov Bərdə rayon icra başçısının köməkçisidir və mənimsənilmə faktı özbaşına fəaliyyət deyil, “koordinasiya” edilir.

Bu iddialarla bağlı saytımıza açıqlama verən Bərdə rayon icra başçısının köməkçisi Anar Hətəmov deyib ki, atası hazırda iş başındadır.

“Onun saxlanılması və müvəqqəti iş yerləri üçün ayrılan vəsaiti mənimsəməsilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”, – A.Hətəmov bildirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru