Lənkərəanda imkanlı "işsizlər" - Taleh Qaraşov maaş kartlarını kimlərin adına "oformit" edib FOTOFAKT/İDDİA
2-05-2020, 18:53

Teref.az yazır ki, müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli yeni araşdırması ilə sosial şəbəkələrdə çıxış edib. Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun maaş kartları ilə manipulyasiyası heç də həbs edilmiş Mahir Qluyevdən dala qalmadığını göğstərən faktları dərc edən Cavanşir Həsənli yazır:
Lənkəran şəhər İcra Hakimiyyətinin başçısının Taleh Qaraşovun "Dost" maaş kartlarla sevdasından bir dəfə yazmışdım. Başçı özünün Kərgəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin oğlu,
“LƏNKƏRAN CİTY TRAVEL” MMC-nin təsisçisi Babək Xıdırlının adına maaş kartı açdırmışdı.
İndi daha iki faktı təqdim edirəm.
Sosial işçi kimi adına maaş kartı açılanlardan biri də rayonun Kənarmeşə kənd sakini, 1990-cı il təvəllüdlü Elvin Xanbaba oğlu Babayevdir. Elvin Babayev Taleh Qaraşovun 1-ci müavini Möhübbət Babayev Hacıbaba oğlunun 1954-cü il təvəllüdlü qardaşı Xanbaba Babayevin oğludur.
Adı "Dost" maaşı alanlar siyahısında olanlardan biri də keçmiş deputat Hadı Rəcəblinin yaxın qohumu Rəcəbov Şamil Cəsail oğludur.
Hadı Rəcəblinin qardaşı İqbal Rəcəbov Lənkəran şəhərinin maliyyə idarəsinin rəisidir.
İqbal Rəcəbovun qızı Firuzə Rəcəbli Lənkəran şəhər İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqudur.
Teref.az olaraq adları çəkilən şəxslərdən Cavanşir Həsənlinin iddiaları ilə bağlı münasibət öyrənmək cəhdlərimiz uğursuz oldu.
Lakin yenədə adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az



