Saleh Məmmədov Bak-Sumqayıt yolunun genişlənməsi layihəsinin öhdəsindən gələ bilmir – VİDEO

2-05-2020, 22:33           
Saleh Məmmədov Bak-Sumqayıt yolunun genişlənməsi layihəsinin öhdəsindən gələ bilmir – VİDEO
Prezidentin şəxsi nəzarətində olan Bak-Sumqayıt yolunda aparılan genişlənmə istiqamətində işin icraçısı olan “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin yarıtmaz fəaliyyəti üzə çıxıb. Azinforum.az xəbər verir ki, qurumun rəhbəri Saleh Məmmədov açıqlamalarında yolun genişlənməsi ilə bağlı köçürülmələrin olduğunu desə də, bu, müşahidə edilmir.

Çünki yolun kənarında olan və genişlənməyə ciddi mane törədən şəxsi evlərin və obyektlərin heç birinin köçürülməsi müşahidə olunmur. Yolun betonlar vasitəsilə zolaqlara bölünməsi isə ciddi fəsadlar yaradıb. Son bir neçə gün ərzində həmin betonlara 10 yaxın avtomobil çırpılıb, nəticədə ölən və yaralananlar olub.
Saleh Məmmədovun bu uğursuz layihəsi ciddi söhbətlərə səbəb olduğundan, ona yola döşədiyi betonları sökmək tapşırığı verilib. Bakı-Sumqayıt yolunda yenidənqurma işləri çərçivəsində qoyulan beton arakəsmələrin sökülməsi prosesi icra olunur. Bəs dövlətə vurulan bu qədər ziyanı kim ödəyəcək?












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru