İSTEFA-ya gedirsənmi, cənab Səfər Mehdiyev ?- Komitə sədrinə şok ittihamlar.....VİDEO

13-03-2021, 07:44           
İSTEFA-ya gedirsənmi, cənab Səfər Mehdiyev ?-
Bir neçə ay əvvəl Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirmişdi ki, gömrük sistemində inhisarçılıq və korrupsiya yoxdur, mənə bircə fakt göstərin istefa verim.



Cənab Mehdiyev !
Biz sənə bir(cə) deyil, sonsuz sayda faktlar göstərə bilərik.
ATEF şirkətinin ölkədən çıxardığı külçə, yəni XAMMAL əlvan metallarını HAZIR MƏHSUL kimi qeyidiyyata alıb nə qədər vergidən yayınmışdın ?
Yəni DGK ölkədən ixrac olunan məhsulun KOD-unu dəyişir və milyonlar qazanır və… vergidən yayınır.
İkinci faktı deyək.
Ölkəyə işlənmiş şin-təkər gətirən sahibkarlardan hər ay yığılan rüşvətin miqdarı milyonları keçib.
Köhnə təkərlərin bir konteynerinin “qiyməti” 15 min manatdan 45 min manata, yəni 3 dəfə qaldırılıb.
Yazıq təkər satanlar axırda sizin əlinizdən bezib DGK-nın qarşısında aksiya keçirdilər.
Üçüncü fakt.
Sahibkarlar gömrük işçilərinin əlindən qan ağlayır, DGK-nın binası qarşısında etiraz aksiyası keçirirlər.
Aksiyada iştirak edən xeyli sayda sahibkar Gömrük Komitəsinin onların fəaliyyətinə yaratdığı süni problemlərin aradan qaldırılmasını, qanunsuz əməllərin aradan qaldırılmasını tələb edirlər.
Təsəvvür edirsiniz 7 aydır sahibkarlar, iş adamları qanunsuzluqlarla bağlı DGK-nın məsul şəxsləri ilə görüşə bilmirlər.
Dördüncüsü…
Qaynın Zeynal Tarquliyevin biznesmenlərin başına açdığı oyunları görmürsən..?
Beşincisi…
Qaynatan Qulu Tarquliyevin Naxçıvan Məclisində dediyi sözlərin stenoqramını fakt kimi göstərək..?
Davam etməyə lüzum varmı, bəlkə davam edək, cənab Mehdiyev !
Bəs, deyirdin, BİRCƏ FAKT göstərin, İSTEFA-ya gedim.
İndi de görək, istefaya gedirsənmi ?
Getməsən yaxın günlərdə səni İSTEFA-ya yox, başqa yerə göndərəcəklər.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.