Qəbələdə hərbi şəhərcik bazarlığı

22-02-2016, 01:49           

Son vaxtlar Qəbələ rayonunda baş verənləri dərc edərək, həm yerli əhalini, həm də ölkə ictimaiyyətini burada baş verənlərlə məlumatlandırmağı qarşıya məqsəd qoymuşuq. Qəbələ rayonunda keçmiş hərbi şəhərcik adlanan ərazidə baş verənlərdən artıq demək olar ki, hər bir ölkə vətəndaşının xəbəri var. Rus hərbçiləri ərazini tərk etdikdən sonra burada sözün əsl mənasında böyük oyunlar başladı. Baş verənlərin başında rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayevin, rayon prokuroru Məqsəd Orucovun və polis rəisi Etibar Abdiyevin dayandığını qeyd edən mənbə yenidən baş verənləri işıqlandırmaq üçün, cumhuriyyət.az-ın elektron poçtuna məktub göndərib. Həmin qeydləri dəyərli oxucularımızın diqqətinə təqdim edirik:
“Qəbələ hərbi şəhərciyində hələ də maxinasiya davam edir. Qəbələ rayon icra hakimiyyətinin başçısı, prokuroru, polis rəisi və digər idarə müəssisə rəhbərləri baş-başa verib, hərbi şəhərcikdən iki yüzə (200) yaxın evsiz insanı evlərindən çıxarıb çölə atıblar. Ancaq adı çəkilən məmurlar özləri üçün zəbt etdikləri mənzilləri hələ də boşaltmayıblar. Hörmətli redaksiya, həmin siyahını sizə təqdim edirik.
1. Qəbələ şəhərinin bələdiyyə sədri, Ramin Əliyevin bina-62-də və qardaşı Samir Əliyevin bina-81-də zəbt etdikləri mənzillər var. Samir Əliyev Qəbələ arxivinin müdiri vəzifəsində çalışır. Qardaşlar zəbt etdikləri mənzilləri boşaltmırlar.
2. Gilan Holdinqin trast(trust) mühafizə şirkətinin rəisi Kənan. 6-nömrəli mənzili icarəyə verib və hələ də boşaltmayıb.
3. Nurəddinov Famil. 71-ci binada, 62-64 cü mənzilləri zəbt edib.
4. Ağayeva Fatima. 71-ci binada, 22-30 cu mənzilləri zəbt edib.
5. Qasımova Rübabə. 71-ci binada, 39-cu mənzil və 74-cü binada, 9-cu mənzili zəbt edib.
6. Məmmədov Vüqar. Hərbi şəhərcikdə polis əməkdaşı. 74-cü binada, 38-39-cu mənzilləri zəbt edib.
7. Həmidov Musəddin. 31-ci binada, 10-11-ci mənzilləri zəbt edib.
8. Sultanova Zəminə. 31-ci binada, 2 mənzili zəbt edib.
9. Alxasov Azər. 62-ci binada, 2 mənzili zəbt edib.
10. Hərbi dağın müdiri İsmayıl. 61-ci binada, 2 mənzili zəbt edib və boşaltmır.
11. Tərlan polis əməkdaşı. İsmayıllı polis postunda işləyir. Hərbi şəhərcikdə bina, 62-də 2 otaqlı mənzil aldığını qeyd edir, hansı ki, mənzili zəbt edib və əgər alıbsa açıqlasın görək başçının hansı müavinindən nə qədər pulla evi alıb?
12. Bilalov Ramiz. Bina-62-də, 2 mənzili zəbt edib.
13. Bilalov Ramizin qardaşı, Bilalov Yaqub, bina-32-də bir neçə mənzili zəbt edib və boşaltmır.
14. Bilalov ramizin kürəkəni Elnur bina-74 də, yerləşən mənzilləri nəsillikcə zəbt ediblər və boşaltmırlar.
15. Qəbələ rayon şəhər MER-nin müavini Füzulinin bina-75-də 2 mənzili zəbt etdiyi deyilir. Mənzillərdən birini azyaşlı övladının adına sənədləşdirmişəm deyərək zəbt edib. Hansı ki, hazırda soyuq qış günlərində Qəbələdə 100-lərlə ailə çöldə soyuqda qalıb.
16. Sabiq polis rəisinin müavini, hazırda təqaüddədir. Əfqan Bəkirov. Bina-62-də bir neçə mənzili zəbt edib, Kürdəmir sakinidir. Qəbələ rayonunda 2 yerdə villası ola-ola hərbi şəhərcikdə mənzilləri zəbt edib. Hazırda rayon rəhbərliyi Əfqan Bəkirovun zəbt etdiyi mənzillərə toxunmayaraq, sadə insanların yaşadıqları mənzilləri boşaldırlar.
17. Məqsəd Orucov Qəbələ rayonunun prokuroru. Bina-74-də, qardaşı yaşayır. Qazax rayon sakini olduğu qeyd edilir.
18. Dəmirov Eldar Naftalan rayon sakini, bina-62-də iki dənə 3 otaqlı mənzilləri zəbt edib. Mənzillərdən birini bir neçə il bundan öncə azyaşlı olan övladının adına rəsmiləşdirib. Hərbi şəhərciyin “JEK”-nin müdiri, buradakı bütün maxinasiyalar bu adamın əli ilə həyata keçirilir. Şəhərciyin “JEK” müdiri 30-dan artıq mənzili Qəbələ rayon rəhbərliyində təmsil olunan adamlarla əlbir olaraq icarəyə verib. Aylıq hər mənzilə görə iki yüz (200) manatdan pulu yığıb mənimsəyirlər. Hərbi şəhərciyi ailə biznesinə çevirmiş Dəmirovlar əllərinə fürsət düşdüyü üçün yaxın qohumu diş həkimi olan Eldar adlı şəxsi də bina-62-də mənzil sahibi edib. Dəmirov Eldar hətta müdiri olduğu hərbi şəhərciyin “JEK” idarəsində maxinasiyalar edib, 0, 34 nəfərin adını yazıb əmək haqqlarını mənimsəyib. Hansı ki, burada işə cəmisi 12 nəfər gəlir. Eldar Dəmirova daha çox pul lazım olduğu üçün həyat yoldaşının da adını işlədiyi idarədə təmizləyici kimi yazıb əmək haqqı alır. Bir balaca idarədə bu qədər maxinasiya olanda onda ölkədəki böhrana nə ad vermək olar?Ölkəni bu vəziyyətə belə nəfsinin əsirləri salmırmı?
19. Dəmirovun “katibəsi”Dəmirova Natəvan bina-73-də iki mənzili zəbt edib və boşaltmır. Bu adamların yalnız kasıb, əlacsız insanlara gücü çatır. Qəbələdə hər həftə yüzlərlə evsiz sakin, icra başçısının qəbuluna düşmək üçün rayon icra hakimiyyətinə gəlir və onları qəbul edib dinləyən və mənzillə təmin edən tapılmır. Qəbələni bir qrup dələduz istədiyi kimi talayıb, əhalisini ələ salırlar. Bu özbaşnalığa respublikada stop deyən tapılacaqmı?












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.