Sevinc Osmanqızından sensasion iddia:"1991-ci il noyabrın 22-də Azərbaycan və Ermənistan Dağlıq Qarabağdakı gərginliklə bağlı sülh sazişi imzalamalı idi."VİDEO

22-02-2016, 02:00           

teref.az - Bir neçə gün bundan qabaqda iddialı çıxışı ilə yadda qalan Sevinc Osmanqızı yeni bir video paylaşıb. Videonun altından öz sözlərini yazan Sevinc xanımın fikirləri Qarabağ savaşında bir açar rolu oynaya bilər. O videonu və statusu teref.az olaraq sizə təqdim edirik:
"Bunu mən demirəm, danışıqları aparan Ermənistan nümayəndə heyətinnin rəhbəri deyir. 1991-ci il noyabrın 22-də Azərbaycan və Ermənistan Dağlıq Qarabağdakı gərginliklə bağlı sülh sazişi imzalamalı idi. Qarabağ erməni yaraqlılarından təmizlənəcək, nəzarət təmin olunacaqdı. Müharibə olmayacaqdı. Azərbaycan əraziləri işğal edilməyəcəkdi. Amma bu, baş vermədi. Bundan düz 2 gün əvvəl, noyabrın 20-də vertolyot partladıldı. Azərbaycan rəhbərliyi iflic vəziyyətinə düşdü. Danışıqlar darmadağın oldu.
Kiməsə Azərbaycanla Ermənistanın müharibəyə cəlb olunması lazım idi. Kiməsə də hakimiyyətə gəlmək üçün Azərbaycan rəhbərliyini başsız qoymaq gərək idi. İzləyin, özünüz qərar verin."













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru