Ucarın maliyyə şefinin tender əməliyyatları FOTOLAR

24-02-2016, 19:03           
Ucarın maliyyə şefinin tender əməliyyatları FOTOLAR
Maliyyə şöbəsinin müdiri Yusif Bəkirov milyonçuya çevrilib Ucar rayon Maliyyə Şöbəsinin müdiri Yusif Bəkirovun MMC-tender oyunu nəticəsində dövlət büdcəsinə küllü miqdarda ziyan dəyir, uşaqların sağlamlıqları ciddi təhlükə altındadır. Mətbuata Ucar rayon Maliyyə şöbəsinin müdiri Yusif Bəkirovun talançılığını subut edən sənədlər təqdim edilib. Həmin sənədlərə diqqət yetirəndə tam aydın olur ki, saxtakarlıqla MMC-tender şousu yaradıb Ucar rayonundakı uşaq bağçalarına ayrılan pulları hansı qaydada talayırlar. Adının çəkilməsini istəməyən Ucar sakininin şikayət məktubunu və təqdim etdiyi sənədləri dərc edirik: "Ucar rayonunda 22 uşaq bağçası var.

Onlara Maliyyə Şöbəsindən ərzaq üçün ayrılan pulun 50 % həmin idarənin rəhbəri Yusif Bəkirov tərəfindən mənimsənilir ki, bunu təsdiq edən qaimə-fakturaları sizə təqdim edirəm. Həmin qaimə-fakturalarda şişirdilmiş qiymətlərlə bazar qiymətlərinin arasındakı fərq hesablansa, Yusif Bəkirovun cinayət əməlləri tam sübut olunacaq. Ucar rayon bazarında mal ətinin 1 kq 6 manat olduğu halda uşaq bağçalarına verilən ətin qiyməti isə 9 manata (özü də mənşəyi məlum olmayan), şəkər tozunun 1 kq 1, 60, bazarda isə 1 manata, quru çay 1 kq 18 manata bazarda 5 manata (olsun ki, Hindistandan gətirir), kərə yağı 1 kq 9 manata bazarda 3,50 manata , kartof 1 kq 1, 30 bazarda isə 60 qəpikdir, soğan 1 kq 1 manata bazarda 50 qəpiyədir, çörək 1 ədədi 60 qəpiyə bazarda isə 40 qəpiyədir, yumurta isə 25 qəpiyə sənədləşdirilmişdi ( hansı ki, ölkə başçısı yumurtanın qiymətini sünü qaldıranlara qarşı cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edib). Həmin ərzaq məhsulları uşaq bağçalarına Yusif Bəkirovun özünə məxsus olan rayonun Qaracallı kəndinin girişindəki "Ailə Market” dükanından verilir.

Araşdırılarsa həmin ərzaq məhsullarının çoxunun istifadə müddəti keçmiş və istifadəyə tam yararsızdır ki, bu da körpələrin sağlamlıqlarına ciddi təhlükədir. Bir nəfər məmurun qanunsuz əməlləri nəticəsində dövlət büdcəsinə külli miqdarda ziyan dəyir, uşaqların sağlamlığına isə ciddi təhlükələr yaranır. Dövlət başçısı ərzağın qiymətini süni bahalaşdıranların cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi tapşırıqlarını Ucar rayonunda məmurlar qulaqardına vurduqları üçün maliyyə şefi Yusif Bəkirov qanuna zidd əməllərini əməllərini davam etdirməkdədir. Xüsusi tapşırıq var ki, çörəyin qiyməti 40 qəpikdən, yumurtanın qiyməti isə 15 qəpikdən çox olmamalıdır. Yəqin maliyyə şefi Yusif Bəkirovun qaranlıq tenderinin qalibi olan ”ARAZ-O8»″ MMC bu ərzaq məhsullarını hansısa ölkədən dollarla alır ki, belə şişirdilmiş qiymətlərlə sənədləşdirilib.

Ucar rayonunda uşaq bağçalarının ərzaqla təmin edilməsi üçün guya tender keçirilmiş və Qasımov Rasim adlı şəxsə məxsus olan "ARAZ-08” MMC qalib olmuşdur. Bu saxta MMC-tender oyunları ilə dövlətin büdcəsini talayan Yusif Bəkirov əməlli başlı kapitalistə çevrilməklə 50 hektar torpaq sahəsinə, hektarlarla nar bağına, bahalı kənd təsərrüfatı texnikalarına, 500 başdan çox mal saxlanılan fermaya, yaşadığı Qaracallı kəndinin girişində Bakı-Qazax yolunun kənarında yerləşən "Ailə Market ” maqazininə, "Nur Kafe” restoranına, çörək bişirmə sexinə, bahalı avtomobillərə, villalara və sairə səltənətə sahib olmuşdur. Xahiş edirəm təqdim etdiyim sənədləri və müraciətimi ictimailəşdirin». Şikayətlə bağlı adı çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq…















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.