DSMF-NİN XƏTAİ ŞÖBƏSİNDƏ DÖVLƏT BÜDCƏSİNƏ CİDDİ ZİYAN VURULUR
24-02-2016, 23:01
Şöbə müdiri Elçin Məmmədov qanunsuz yollarla pensiya düzəltməkdə ittiham olunur
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Masallı rayon şöbəsinin bir qrup əməkdaşı tərəfindən saxta məhkəmə qətnamələri əsasında təyinatların aparılması barədə daxil olmuş materialın Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılması barədə xəbər verilmişdi.Aparılan araşdırmalar zamanı Fondun Masallı rayon şöbəsinin Pensiya təyinatı və Maliyyə uçotu sektorunun bir qrup əməkdaşı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə 2003-2013-cü illər ərzində 85 rayon sakininə övladlığa götürmə və pensiya stajlarının artırılmasna dair saxta məhkəmə qətnamələri əsasında pensiya təyinatları aparmalarına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanıb. teref.az bakısəsi.com -a istinadən yazır ki,hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Qeyd etmək istəyirik ki, bu kimi qanun pozuntuları DSMF-nin Masallı rayonu ilə yanaşı, digər şöbələrində də mövcuddur. Sadəcə olaraq fond rəhbərliyinin ya həmin məsələlərdən xəbəri yoxdur, ya da bilərəkdən qarşısını almaq istəmirlər. Məhz bu səbəbdəndir ki, hazırda DSMF-nin əksər yerli şöbələrində özbaşınalıq baş alıb gedir. Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, fondun Xətai rayon şöbəsində müvafiq qanunlar yox, müdir Elçin Məmmədovun müəyyənləşdirdiyi «qaydalar» keçərlidir. Məlumatda qeyd olunur ki, şöbə müdiri imza atdığı qeyri-qanuni işlərin nəticəsində hər ay külli miqdarda gəlir əldə edir: «Şöbə müdirinin əsas qazanc mənbəyi iş stajlarının artırılması ilə bağlıdır. Kim iş stajını artıraraq daha çox pensiya almaq istəyirsə, bu məsələni mütləq şöbə müdiri ilə «razılaşdırmalıdır». Bəzi vətəndaşlar da var ki, onlar vaxtında pensiyaya çıxmırlar. Məsələn deyək ki, pensiyaya 2 il gec çıxırlar. Sənədlər düzələndən sonra vətəndaşa həmin illərin də pensiyası verilməlidir. Elçin müəllim isə bu cür vətəndaşlarla əvvəlcədən şərt kəsir. Bildirir ki, pensiyanı düzəldir, amma gecikmiş müddətin pensiyasının bir hissəsini özünə götürəcək. Bundan istifadə edən Elçin Məmmədov vətəndaşa sövdələşmə təklif edərək qalan vəsaitin 70 faizini özünə götürməklə həmin şəxsin işini asanlıqla yoluna qoyur. Şöbə müdirinin «şərtini» qəbul etməyən vətəndaşın pensiyaya çıxmaq işi xeyli uzanır və get gələ salınır». Məlumata əsasən, şöbə müdiri pensiya maxinasiyalarını Pensiya Təyinatı Sektorunun rəhbəri Nərgiz Zeynalova ilə əlbir şəkildə həyata keçirir: «Deyilənə görə, bu iki şəxs hər il yüzlərlə insana saxta pensiya düzəldir. Nərgiz Zeynalova əvvəllər fondun Nəsimi rayon şöbəsində işləyib. İşində yol verdiyi nöqsanlara görə cəzalandırılıb. Bir müddət işsiz qalıb. Bundan sonra kimlərinsə yardımı sayəsində fondun Xətai rayon şöbəsində məsul vəzifəyə təyin edilib». Maraqlı bir faktı da diqqətinizə çatdırmaq istəyirik. İddialara əsasən, Nərgiz Zeynalova vəzifəsindən sui-istifadə edərək Respublika Narkoloji Dispanserində qeydiyyatda olan həyat yoldaşı Zeynalov Asif Dəmir oğlu üçün yüksək məbləğli pensiya düzəldib. Elçin Məmmədovla Nərgiz Zeynalovanın törətdiyi digər qanunsuzluqlar da var.
teref.az