AĞCABƏDİDƏ BAŞÇININ MÜAVİNİNİN QARDAŞI OĞLUNA DƏLƏDUZLUQ İTTİHAMI

24-02-2016, 23:04           
AĞCABƏDİDƏ BAŞÇININ MÜAVİNİNİN QARDAŞI OĞLUNA DƏLƏDUZLUQ İTTİHAMI
Ağcabədi rayon icra hakimiyyətinin birinci müavini Rövşən Əhmədovun qardaşı oğlu Pərviz Əhmədov kənd və rayon camaatından ayrı-ayrı adlar altında 250. 000 min manat pulu alıb qaçıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ağcabədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində analoqu olmayan korrupsiya faktı ilə bağlı ilginc məlumat daxil olub. Mərkəzin əməkdaşı Pərviz Əhmədov təxminən min nəfərdən pul toplayaraq onlara ünvanlı sosial yardım düzəldəcəyinə söz verib. Və daha sonra topladığı pulları götürərək aradan çıxıb. TEREF.İNFO Sonolay.org-a istinadən yazır ki,bu işdə isə ona bir neçə nəfər köməklik edib. Onların sırasında rayonun əksər kəndlərindən adamlar olduğu qeyd edilsə də, Avşar kəndindən olan Zahid və Elçin adlı şəxslərin, Qaradolaq kəndindən isə Hümbət adlı şəxsin əsas vasitəçilər olduğu qeyd edilir. Sən demə Pərviz Əhmədov yalnız bu üç şəxsin vasitəçiliyi ilə vətəndaşların təxminən 100 min manatdan artıq pulunu alıb. Bu yollada Pərviz Əhmədov vətəndaşları aldadaraq 200 min manatını mənimsədiyi bildirilir.

Bu olayın diqqət çəkən bir tərəfi də Pərviz Əhmədovun rayon icra hakimiyyəti başçısının birinci müavini Rövşən Əhmədovun qardaşı oğlu olmasıdır. Bilgili mənbənin verdiyi məlumata görə, rayon sakinlərini çaşdıran və onları Pərviz Əhmədova pul verməyə vadar edən də məhz bu faktdordur. Sadəlöhv insanlar Əhalinin Sosial Müdafiəsi Mərkəzinin əməkdaşı və icra başçısının birinci müavinin qardaşı oğlunun yalanına inanıblar. Vurğulanır ki, zərərçəkmişlər dəstə-dəstə Ağcabədi rayon icra hakimiyyətinə və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin qarşısına toplaşaraq pullarını geri alamağa çalışırlar.
Çox maraqlıdır ki, bu olay bir neçə ay ərzində Ağcabədi rayonunda geniş söz-söhbətə səbəb olsa da, nədənsə hüquq-mühafizə orqanlarının diqqətini cəlb etməyib. Görünür, hüquq-mühafizə orqanlarının bu müdhiş korrupsiyadan “xəbər tutmamalarının” başlıca səbəbi də məhz Pərviz Əhmədovun Rövşən Əhməıdovun qardaşı oğlu olmasıdır. Görünən tərəf odur ki, Rövşən Əhmədov qardaşı oğlunu dələduzluq maddəsi ilə məsuliyyətə cəlb olunmasını istəmir və bu səbəbdən də ört-basdır olunmasına çalışır.

P.S Bu günlərdə Ağcabədi rayon ƏSMM-in qarşısında narazı vətəndaşların aksiya keçirməsi yuxarılarda da xeyli söz söhbətlərə səbəb olmuşdur. Bütün bunların başlıca səbəbi isə mərkəz direktoru Babək Hüseynovun yarıtmaz fəaliyyətinin nəticəsidir. Qaynağ iddia edir ki, həmin vaxt mərkəz direktoru rayondan qaçıb.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.