“AZENCO”ASC işdən çıxartdığı işçilərinin pulunu vermək istəmir- ŞİKAYƏT

26-02-2016, 12:16           
“AZENCO”ASC işdən çıxartdığı işçilərinin pulunu vermək istəmir- ŞİKAYƏT
teref.aznun poçtuna gələn şikayət məktubunu sizə təqdim edirik:
"Salam,hər vaxtınız xeyirli olsun.Həmişə olduğu kimi müstəqil mətbuat bizim hüquqlarımızı qoruyan yeganə bir ümid yerimizdir. Hansı dövlət orqanına müraciət etsək də,əlacımız yenə sizdə olur.
Mən Hüseynov Nicat Xudaverdi oğlu 2016 cı il yanvarın 5i “AZƏRENERJİ”yə tabe olan “AZENCO”ASC dən işdən çıxarılmışam.İşdən çıxarılmışam dedikdə,diyərləri kimi öz xahişimlə işdən çıxmaq ərizəsi yazmağa məcbur edilmişəm.Belə hazır (şablon)ərizələr tarixi qoyulmamaq şərti ilə hər bir işçiyə imzalatdırılıb.
İki aydır ki,işdən çıxmağıma baxmayaraq mühasibatlıq mənnən haqq-hesab etmək istəmir.Cavabları da odur ki,pulumuz yoxdur,get nə edirsən et."
teref.azya yazan şikayətçi davam edərək qeyd edir:
"İdarənin mənə üç minə yaxın borcu qalıb.2015 ci il dekabr ayınin əmək haqqı,tam 13 aylıq ezamiyyə pulum və 7 ilin məzuniyyət pulu mənə verilmir. Ümumiyyətlə əmək məcəlləsinin aşağıdakı maddələri kobud şəkildə pozulmuşdur; Maddə 69,bənd 7; Maddə135,bənd 1,2; Maddə 144,bənd 2; Maddə 172,bənd 4,5; Maddə 178,bənd 1; Maddə 195,d)
Məni yeddi il məzuniyyətsiz işlədib,istismar ediblər.Heç olmasa indi o yeddi ilin məzuniyyət pulun verin.Sosial kartıma da pul tam köçürülməyib.2013 və 2015 ci illərin pulu qeybə çəkilib.Əlbəttə ki,hüquqlarımı qoruya biləcək bütün dövlət orqanlarına müraciət etmişəm...Yəqin onların daha vacib işləri var.
Hələ ki,iş tapa bilmirəm. Xahiş edirəm hüquqlarımın bərpa olunmasında mənə köməklik edəsiniz.
Hüseynov Nicat Xudaverdi oğlu."
Qarşı tərəfində fikirlərinə yeür vermyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.