Bu generala "Təfəkkür" universitetinin diplomu neçəyə başa gələb?
29-02-2016, 10:03
O, 1998-ci ildə — nə az, nə çox, düz 48 yaşında Təfəkkür Universitetinin hüquq fakültəsindən məzun olub.
Azərbaycanda bir çox məmurların təhsilinə, bacarığına və digər üstün cəhətlərinə görə vəzifəyə təyin olunmadığını desək, yəqin ki, Amerika kəşf etmiş olmarıq. Hamıya məlum olduğu kimi yüksək vəzifə tutmaq üçün yaxşı pulun və bir də sözü hər yerdə keçən «day-dayın» olmalıdır. Bu iki üstünlüyə sahibsənsə, istənilən vəzifəni, hətta nazir postunu tuta bilərsən.
Belələrindən biri də Dövlət Gömrük Komitəsinin sədr müavini Nazim Xeyrulla oğlu Məmmədovdur. General-leytenant rütbəsi daşıyan 65 yaşlı bu məmurun tərcümeyi-halına nəzər yetirmək kifayətdir ki, onun bu boyda vəzifəyə necə gəlib çıxdığını görəsən. teref.az jam.az-a istinadən yazır ki,bunun üçün isə özünüzü yormağa ehtiyac yoxdur. Dövlət Gömrük Komitəsinin saytında «rəhbərlik» bölməsinə daxil olmaqla hər şeyin şahidi ola bilərsiz.
Nazim Xeyrulla oğlu Məmmədov 1951-ci ilin 8 oktyabrında Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində dünyaya gəlib. Əmək fəaliyyətinə 1973-cü ildə Ordubad şəhərində baytarlıq stansiyasında başlayıb. 1976-1995-ci illərdə Ordubad şəhərində müxtəlif təşkilatlarda çalışıb.
Karyerasındakı yüksəliş isə 1995-ci ildən — Dövlət Gömrük Komitəsində fəaliyyətə başlayandan sonra başlayıb. Görünür, qəhrəmanımız ali təhsili olmadığından vəzifə pillələrində yüksələ bilməyəcəyini anlayıb və təhsil almaq qərarına gəlib. Və o, 1998-ci ildə — nə az, nə çox, düz 48 yaşında Təfəkkür Universitetinin hüquq fakültəsindən məzun olub. 2007-ci ilin 28 dekabrında isə Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib.
O, 1998-ci ildə — nə az, nə çox, düz 48 yaşında Təfəkkür Universitetinin hüquq fakültəsindən məzun olub.
Azərbaycanda bir çox məmurların təhsilinə, bacarığına və digər üstün cəhətlərinə görə vəzifəyə təyin olunmadığını desək, yəqin ki, Amerika kəşf etmiş olmarıq. Hamıya məlum olduğu kimi yüksək vəzifə tutmaq üçün yaxşı pulun və bir də sözü hər yerdə keçən «day-dayın» olmalıdır. Bu iki üstünlüyə sahibsənsə, istənilən vəzifəni, hətta nazir postunu tuta bilərsən.
Belələrindən biri də Dövlət Gömrük Komitəsinin sədr müavini Nazim Xeyrulla oğlu Məmmədovdur. teref.az jam.az-a istinadən yazır ki,General-leytenant rütbəsi daşıyan 65 yaşlı bu məmurun tərcümeyi-halına nəzər yetirmək kifayətdir ki, onun bu boyda vəzifəyə necə gəlib çıxdığını görəsən. Bunun üçün isə özünüzü yormağa ehtiyac yoxdur. Dövlət Gömrük Komitəsinin saytında «rəhbərlik» bölməsinə daxil olmaqla hər şeyin şahidi ola bilərsiz.
Nazim Xeyrulla oğlu Məmmədov 1951-ci ilin 8 oktyabrında Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində dünyaya gəlib. Əmək fəaliyyətinə 1973-cü ildə Ordubad şəhərində baytarlıq stansiyasında başlayıb. 1976-1995-ci illərdə Ordubad şəhərində müxtəlif təşkilatlarda çalışıb.
Karyerasındakı yüksəliş isə 1995-ci ildən — Dövlət Gömrük Komitəsində fəaliyyətə başlayandan sonra başlayıb. Görünür, qəhrəmanımız ali təhsili olmadığından vəzifə pillələrində yüksələ bilməyəcəyini anlayıb və təhsil almaq qərarına gəlib. Və o, 1998-ci ildə — nə az, nə çox, düz 48 yaşında Təfəkkür Universitetinin hüquq fakültəsindən məzun olub. 2007-ci ilin 28 dekabrında isə Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib.
Dəyişiklikdən əvvəl
Dəyişiklikdən sonra
teref.az