Şəki Əyriçay Su Anbarı İstismarı İdarəsi büdcəyə qənim kəsilib

29-02-2016, 16:17           
Şəki Əyriçay Su Anbarı İstismarı İdarəsi büdcəyə qənim kəsilib
İdarənin rəsmiləri bir ilin içində 380 min manatı talan ediblər

Şəki Əyriçay Su Anbarı İstismarı İdarəsi büdcəyə qənim kəsilib. Əhməd Əhmədzadənin obyektlərindən biri kimi sayılan bu idarədə bir sıra talançılıq işləri həyata keçirilib. teref.az yazır ki, demokratiya.info xəbər verir ki, təkcə ötən ilin ikinci yarısında həyata keçirilmiş tenderlərdə 380 min manatlıq vəsait sənəd üzərində xərclənsə də, əslində xərclənməyib.

Məlumatda vurğulanır ki, torpaqqazan mexanizmləri və nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satın alınması məqsədi ilə 89916,7 manat pul xərcləndiyi sənədləşdirilib. Ardından isə əsaslı təmir işləri üçün tikinti materiallarının satın alınması prosesinə 108903,3 manat sərf olunduğu vurğulansa da, bu pulların təyinatı üzrə xərclənmədiyi dəqiqdir.

Əhmədzadənin Əyriçay Su Anbarı İstismarı İdarəsində böyük vurğun isə cari təmir işləri üçün tikinti materialların satın alınması zamanı həyata keçirilib. Belə ki, bu məqsədlə 160275,2 manat sərf olunub. Lakin gələn xəbərlərdə qeyd edilir ki, idarənin rəhbərliyi büdcədən ayrılmış pulları öz məqsədlərinə sərf ediblər. Hətta onların özlərinə bir xeyli daşınmaz əmlak aldıqları vurğulanır.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.