Neftçala rayon Bankə qəsəbəsinin Komunal Təsərüfat İdarəsinin müdürəsi: "İcra başçısının haqqını veririəm .." İTTİHAM /FOTOFAKT

1-03-2016, 22:56           

teref.aznun elektron poçtuna Neftçala rayonunun Bankə qəsəbəsində Komunal Təsərüfat İdarəsinin müdürü Gülmaya Əsədullayevanın qeyri qanuni işləri ilə bağlı şikayət məktubu daxil olub. Şikayətçi teref.azya yazır:
"Neftçala rayonu Bankə qəsəbəsi Komunal Təsərüfat idarəsinin müdürü Gülmayə Əsədullayeva qəsəbədə yerləşən komunal binaların çirkab sularını kanalizasiyalar vasitəsi ilə Kür çayına axıdır və Kür çayını çirklədir. Sonra ordan qəsəbəyə içməli su verilir. İnsanlar bu suyu içirlər. İndi özünüz fikirləşin bu suyu içmək necə təhlükəlidir. Ona görədə axır vaxtlar Bankə qəsəbəsində mədə bağırsaq xəstəlikləri baş alıb gedir “
teref.azya yazan şikayətçi sonra yazır:
“Komunal Təsərüfat İdarəsinin müdürəsi Gülmayə Əsədullayeva hər evdən bu su üçün 3 manat pul yığır. Lakin bu pulun əvəzində bu günə qədər heç kimə qəbz verməyib. Pul Gülmayə xanımın öz şəxsi cibinə gedir. Qəbz istəyənə də deyir get işinlə məşğul ol. Özüm bilərəm. Qəsəbnin hər tərəfi zibil içində batıb gedir və buralarda tam antisanitariya hökm sürür. Aylarla qəsəbədən zibil yığılmır. Heç kimdə ona qaşın üstə gözün var demir. heç kim gəlib onu yoxlamır, qəsəbənin halına baxmır.
Butün bunlara görə məsul olan Gülmayə Əsədullayeva hamıya deyir ki, Neftçala İcra hakimiyyətinin haqqını vermişəm, ona görə də mənə heç kim dəyib toxuna bilməz. “




Neftçala rayon Bankə qəsəbəsinin Komunal Təsərüfat İdarəsinin müdürəsi: "İcra başçısının haqqını veririəm .." İTTİHAM /FOTOFAKT












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.