”AZENCO”ASC-dən şikayətçini təhdid edirlər - ŞİKAYƏT

3-03-2016, 02:09           
”AZENCO”ASC-dən şikayətçini təhdid edirlər - ŞİKAYƏT
teref.aznun poçtuna gələn bu ilginc məktubu oxucularımıza təqdim edirik. Şikayətçi yazır:
"Salam,sadə xalqın ümid yeri,qudurmuşların “tənə” vurduğu vicdanlı media əhli.Bu mənim növbəti müraciətimdir.Çoxları mənə də “tənə” edir ki,nəyə görə məhkəmə orqanlarına müraciət etmirsən?Axı sənin şikayətin birbaşa onlara aiddir.Mən isə onlara cavab sualı verirəm:”Siz hansı dövlətdə,hansı zamanda yaşayırsınız?”
” Vәtәndaşların müraciәtlәri haqqında Azәrbaycan Respublikasının Qanunu”nu əsas götürərək hüquqlarımın qismən də olsa bərpası üçün Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında
Dövlət Əmək Müfəttişliyi Xidmətinə,”AZENCO”ASC yə, "Azərenerji" ASC yə,” Energetika” nazirliyinə,“İqtisadiyyat” nazirliyinə,“Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “ və nəhayət Prezident administrasiyasına rəsmi şəkildə iki dəfə müraciət etsəm də ,şıkayətimlə bağlı mənə heç bir cavab verilməyib.
Mənə yaxın insanların demək olar ki,yarısı dolana bilmədiklərinə görə Azərbaycanı tərk ediblər.Ancaq mən deyirəm:”Vətənin nə günahı?!Yəqin ki,bizi başa düşən,dinləməyi bacaran “kişi” tapılar”.
Söhbətin nədən getdiyini başa düşməkdən ötrü keçən həftə qəzetinizdə işıqlandırdığınız şikayətimi bunu oxumayanlar üçün bir daha qeyd edirəm."
Şikayətçi teref.azya sonra yazır:
"2016 cı il yanvarın 5i "Azərenerji" ASC yə məxsus “AZENCO”ASC dən digər çarəsizlər kimi öz xahişim ilə işdən çıxmağa məcbur edilmişəm.İki aydır mənə veriləcək son haqq hesabı gözləməkdən yorulmuşam.
2015 ci il dekabr ayınin əmək haqqısı,2016 yanvar ayından 5 gün, tam 13 aylıq ezamiyyə pulum və 7 ilin məzuniyyət pulu mənə verilmir.Ümumilikdə 4 minə yaxın pulum verilmir.
Mühasibatlq isə idarənin pulu olmadığını deyib mənə qapını göstərirlər.
Nəzərinizə çatdırıram ki,əmək məcəlləsinin aşağıdakı maddələri kobud şəkildə pozulmuşdur;
Maddə 69,bənd 7;Maddə135,bənd 1,2;Maddə 144,bənd 2;Maddə 172,bənd 4,5;Maddə 178,bənd 1;Maddə 195,d)
Internet qəzetlərdə şikayətim işıqlandırıldıqdan sonra,keçmiş iş yoldaşlarımdan mənə həmrəylik zəngləri gəlməyə başladı.Martın ayının 1-in də,günorta radələrində mobil telefonuma bilinməyən zəng gəldi.Özünü təqdim etməyən şəxs “AZENCO”nun baş idarəsindən zəng etdiyini qeyd edib məni təhdid etməyə başladı.”Çox atdanıb düşsən səni şərləyib tutdurarıq”cümləsiynən başlayıb əsgərlikdə olan oğluma qədər mənə qorxu gəldi.Axırda da”Bizim arxamızda Etibar Prıverdiyev kimi əjdaha durub.Sənin o cındır qəzetlərin bizə nə edəcək...” deyib telefonu söndürdü.
Bu zəngdən sonra bir müddət mən şoka düşdüm.Yəni doğurdan mı bu ölkədə dərəbəylikdir,heç kim heç kimdən qorxmur?Bəs verilən fərmanlar,qanunlar elə mənim kimi bədbəxtlərə aiddir? Bəs imam Mehdi kimi geybə çəkilən haqq-ədalət...Yəqin bizim taleyimiz göylərdə belə yazılıb.Yaziyada ki,pozu yoxdur.
Hüseynov Nicat Xudaverdi oğlu"
teref.az olaraq qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.