Şəhid anası Zakir Həsənova müraciət etdi - "Sizdən xahiş edirəm ki"...

3-03-2016, 10:02           
Şəhid anası Zakir Həsənova müraciət etdi - "Sizdən xahiş edirəm ki"...
Cəlilabad rayon Muğan kənd sakini, şəhid anası Əhmədova Nisə Baloğlan qızı Moderator.az -a məktub göndərərək Müdafiə naziri Zakir Həsənova müraciət edib.

Məktubda deyilir:

“Oğluma şəhidlik statusunun verilməsi, mənim üçün ən böyük təsəllidir.

Hörmətli cənab nazir!

Mən şəhid Rza Əhmədovun anası Əhmədova Nisə Baloğlan qızı Cəlilabad rayon Muğan kənd sakiniyəm. Sizə bildirmək istəyirəm ki, şəhid olmuş ilk övladım Rza Əhmədova indiyə kimi şəhidlik statusu ala bilmirik.

Oğlum Rza Əhmədov 1998 – ci ilin aprel ayında hərbi xidmətə Bərdə şəhərində başladı. Təxminən beş aya qədər orada xidmət etdi. Andiçmə mərasiminə də getdik. Hər şey yaxşı idi, elə bir problemi filan yox idi.

Hər dəfə komandirinə zəng vurub onunla telefon əlaqəsi saxlayırdıq. Sonra Rzanın xidmət yerini dəyişərək, Marquşavan kəndinə yolladılar. 1998 – ci ilin noyabr ayının 4 – dən 5 – nə keçən gecə ermənilərlə atışma zamanı oğlum şəhid oldu.

Rzanın yas mərasimi qurtardıqdan sonra biz Bərdə şəhərinə gedərək, onun xidmət etdiyi hərbi hissədə olduq. Orada qalan bir-iki əşyalarını əsgər yoldaşları bizə verdi. Sonra bizə Cəlilabad rayon İcra Hakimiyyətindən bildirdilər ki, şəhidlik statusu verilməsi üçün xidmət etdiyi hərbi hissədən arayış təqdim edilməlidir.

Onu da oğlumun xidmət etdiyi hərbi hissədən ala bilmədik. Mən bilirəm, oğlumu geri qaytarmaq mümkünsüzdür. Oğlum vətən yolunda şəhid oldu. Mən bir şəhid anası kimi bununla fəxr edirəm. Amma, mənim tək istəyim Rzaya şəhidlik statusunun verilməsidir.

İndi kiçik oğlum Rizvan da hərbi qulluqçudur. Sizdən xahiş edirəm ki, oğlum Rzaya şəhidlik statusu verilməsi üçün müvafiq göstəriş və tapşırıqlarınızı verəsiniz.

Öncədən sizə özüm və ailəm adından təşəkkür edirəm.

050-500-78-95"












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.