Masallı DSMF sədri icra başçısına qarşı- ŞOK İDDİA

4-03-2016, 14:08           
Masallı DSMF sədri icra başçısına qarşı- ŞOK İDDİA
"Masallıda DSMF sədri icra başçısına qarşı mətbuatdan istifadə edir”. Bu barədə etibarlı mənbə məlumat verib. Xatırladaq ki, bir müddət əvvəl ölkə mətbuatında Masallı RİH-nın başçısı Rafil Hüseynovla bağlı xoşagəlməz məlumatlar yer aldı.

Bunlardan əlavə icra başçısının oğlu haqda da kifayət qədər söz-söhbətlər mətbuata ötürüldü. Sonradan məlumatların hardan qaynaqlandığı və kimlərin sifarişi əsasında mətbuata ötürüldüyü üçün R. Hüseynov lazımı hətəkətə keçdi. Daxil olan şok doğuracaq məktubda bildirilirdi ki, icra başçısı və oğlu haqda məlumatları birbaşa DSMF sədri Akif Əliyev sifariş etdirir.

Etiraf edək ki, icra başçısına qarşı bu cür addımlar məqsədli formada həyata keçirilir. Əslində Akif Əliyevin məqsədi icra başçısını ifşa etmək olub desək yanılmarıq. Təbii ki, Masallı rayonunda baş verən xoşagəlməz olaylar hec də bir mənalı qarşılanmır. Digər tərəfdən icra başçısı-DSMF sədri arasında qarşıdurma kimi də qələmə vermək olar. Niyə məhz Rafil Hüseynov?

İddialara görə Akif Əliyevin məqsədi icra başçısı olmaq deyil. Sadəcə bu yolla qisas almaq və Rafil Hüseynovu cəmiyyətdə nüfüzdən salmaq üçün planlaşdırılan "taktikadır”. Əldə etdiyimiz məlumatlara görə sakinlərin haqlı narazılıqlarını icra başçısı qəbul edə bilmədiyi üçün tədbirlərin birində DSMF sədrini sərt tənqid edib. Elə bu səbəbdən "hörmətli” sədr mətbuatdan məharətlə istifadə etməklə icra başçısına qarşı amansız mübarizə aparır.

Son məlumatlara görə DSMF sədri Akif Əliyevin iş fəaliyyəti olduqca rüsvayedicidir. Növbəti yazılarımızda A. Əliyevin rayonda hegamonluğundan və bu kimi qanunsuzluqlarından bəhs ediləcək. Bizi izləməyi unutmayın...

1) DSMF-də rayon sakinləri hansı yolla hədələnir?

2) Pensiyaçıların 2 ayını mənimsəyən inispektorlar A. Əliyevə nə qədər rüşvət verir?

3) Nazirliyin Aparat rəhbəliyindən Akif Əliyevə "krişalıq" edən kimdir?

Bu və ya digər suallara aydınlıq gətiriləcək.

dosye.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.