Hərraca çıxarılmış vəzifə və Saatlı İcra hakimiyyəti niyə təcrübəli kadrlara "yoix" deyir

7-03-2016, 10:42           
Hərraca çıxarılmış vəzifə və Saatlı İcra hakimiyyəti niyə təcrübəli kadrlara "yoix" deyir
teref.aznun poçtuna Saatlı rayonu peşə məktəbində baş verən korrupsiya və anarxiyadan bəhs edən məktub daxil olub. teref.az olaraq bu məktubu sizə təqdim edirik:
Saatlı peşə liseyinin adı təxminən 6-ilə yaxındır ki.KİV-lərin səhifələrindən həmçinin gündəmdən düşmür.Vaxtilə,Elçin Rəşidovun Hansı yollarlasa bu liseyə direktor təyin olunmasından sonra bu peşə təhsili meəssiəsində yaşayan qalmaqalar əksər KİV-lərin və həmçinin saytların az qala baş xəbərinə çevrilmişdi. Həmin direktorun vəzifə başına keçdikdən sonra etdikləri liseyi talan etməsi,müəsisəyə məxsus texnikaları çıxdaş edərək metal müəssisələrinə satması,inventarları özününkiləşdirməsi,liseyə məxsus torpaqları icarəyə verməsi.bəzi hallarda liseyin kollektivinin əməyinə hörmətsiz yanaşması,və lisey şagirdlərinin təqaüdlərinin sahiblərinə verilməməsi liseydə anarxıyanın baş alıb getməsi kimi yaddaşlarda qalmışdı.Bütün bunların akkordu isə direktoru E.Rəşidovun ümumiyyətlə ali təhsilinin olmaması onu Təhsil nazirliyinə və Saatlı rayon icra Hakimiyyətinə saxta diplom təqdim etməsi zamanı baş verdi.Onun saxta diplomla uzun müddət direktor işləməsi diplomunun saxta olmasını bilə-bilə onu bu vəzifəyə təyin edənlərin cəzalandırılmaması isə yaddaşlardan xeyli müddət silinmədi.
Bu gün Saatlı peşə liseyinin başı yenə qalmaqaldadır.XX əsrin ortalarında yaradılmış bu peşə liseyi uzun illər Respublikanın ən tanınmış və nüfuzlu peşə məktəblərindən biri olmuşdur.Bu peşə təhsili ocağına təkcə ətraf rayonlardan deyil Cəbrail.Qubadlı,Füzuli,
Goranboy,hətta Naxçıvan MR-dan təhsil almağa yeniyetmə oğlan və qızlar gəlmişlər.Təsadüfi deyil ki.Sosialist əməyi Qəhramanı Sevil Qbıyeva və bir çox məhşur sürücü-mexaniklər təhsillərini bu məktəbdə almışlar.
1974-cü ildə Azərbaycan KP MK-nin birinci katibi H.Əliyev bu təhsil müəssiəsində olmüş,pedoqoji kollektivlə istehsalat təlimi ustaları və şagirdlərlə görüşmüş tövsiyyələr vermiş,bu təhsil ocağının parlaq gələcəyinin olduğunu söyləmişdir.
Bir neçə ay əvvəl “Gündəm-Xəbər” qəzetində Saatlı peşə liseyinin direktoru vəzifəsinin hərraca çıxarılması barədə qəribə bir xəbər dərc olunmuşdu.dərc olunanlara görə.peşə liseyinin direktoru vəzifəsini tutmaq üçün əməlli başlı “tender-müsabiqə”elan olunmuşdur.
Günahı deyənlərin boynuna direktor vəzifəsi təxminən 40-min manata hərraca çıxarılmışdır.Nəzərə alsaq ki.bir ildir liseyə direktor təyinatı məsələsi ləngidilir nə kollektivdən nə də ki,pedoqoji təhsil alan və bu sahədə böyük əmək stajı və təcrübəsi olan insanlara Təhsil Nazirliyində gah da ki,Saatlı rayon icra hakimiyyətində”yox”deyilir.
Deməli danışılanları heç də əsassız hesab etmək olmaz!
Hesab edirəm ki,Təhsil Nazirliyi bütün baş verənlərə biganə qalmayacaq bütün gəzən söz söhbətlərə son qoymaq üçün hərəkətə keçib Saatlı peşə liseyinə yeni direktor təyin edəcəkdir.
Imza: Nəsirddin Kərəmov
“Aran”Ekoloji Maarifləndirmə İctimai Birliyinin Sədri
Qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.