"YAŞIL KAFE-RESTORAN" HANSI MƏMURUNDUR?

7-03-2016, 12:50           
"YAŞIL KAFE-RESTORAN" HANSI MƏMURUNDUR?
Elmlər Akademiyası" metrostansiyası ətrafındakı mağaza və obyektlər süni olaraq qiymətləri qaldırıblar. teref.az xəbər verir ki, bu barədə azerinews.tv-yə Bakı Dövlət Uivetsitetinin tələbələri məlumat veriblər. Onların sözlərinə görə, obyektlər sui-istifadə hallarına yol verirlər. Bu da tələbələrin çoxluq təşkil etdiyi ərazidə çox qazanmağa hesablanmış bir addımdır.

Tələbələr deyirlər ki, Hüseyn Cavid parkında yerləşən "Yaşıl kafe" də qiymətləri qaldırıb. Belə ki, hətta Bulvarda çay 2 manata olduğu halda burada 3-4 manat, mürəbbə ilə isə 7-8 manat civarındadır. Digər məhsullarda da bahalaşma var ki, bu da kasıb tələbələlərin soyulmasına hesablanıb.

"Yaşıl kafe"dən tələbələrə bildiriblər ki, qiymət artımı kafe sahiblərinin göstərişidir.

Tələbələr deyirlər ki, bu kafe-restoranın arxasında hansısa məmur dayanır. Qiymətləri də məhz həmin məmur müəyyən edir. Ərazidə insanların, xüsusən də, tələbələrin çoxluğunu nəzərə alıb qiymətləri süni şəkildə bahalaşdırırlar. "Yaşıl kafe-restoran" hansı məmurundur? - Tələbələr şikayət edir.

Azerinews.tv tələbələrin bu şikayətin nəzərə alaraq kiçik bir araşdırma aparıb. Araşdırma nəticəsində məlum olub ki, H.Cavid parkı kimi mərkəz bir ərazidə adi şəxslərin kafe açması mümkün deyil. Maraqlıdır, bəs onda bu qoçu məmur kimdi?. "Yaşıl kafe adlı məhşur bir obyektin, prezidentin sərəncamına qarşı çıxıb süni bahalaşmaya rəvac verilməsi, o zaman özbaşına məmurun buna cavab verməsi çox uzaq çəkməz...

Araşdırmalarımız davam edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru