Gömrük generalı "Tefekkür" universitetinin 4- cü kursuna neçəyə qəbul olunub

7-03-2016, 14:17           
Gömrük generalı "Tefekkür" universitetinin 4- cü kursuna neçəyə qəbul olunub
İddialara görə, Nazim Məmmədov 15 min dollara Təfəkkür Universitetinin 4-cü kursuna götürülüb

Artıq bir müddətdir Dövlət Gömrük Komitəsinin sədr müavini, general Nazim Məmmədovla bağlı çeşidli informasiyalar yayılır. Əslən Ordubaddan olan generalın bu posta necə gəlib çıxması da kifayət qədər müəmmalı olub.

General Məmmədov DGK-da işləməmişdən əvvəl baytar kimi fəaliyyət göstərib. Daha sonra məşhur generallardan birinin sürücüsü olub. Ardından da komitəyə işə düzəldilib və karyerasında yüksəlişə start verilib. Qısa müddətdə general rütbəsi alan Nazim Məmmədovun həmin generalın qulluğunda indi də dayandığı deyilir.

Amma yayılmış xəbərlərdən birində maraqlı bir məqam daha vardı. Bu məqam generalın 48 yaşında Təfəkkür Universitetinin hüquq fakultəsini bitirməsiylə bağlıdı. Sözügedən universitetin Kiyev filialının sabiq rektoru Riyad Əliyev JAM.AZ-a məlumat verib ki, Nazim Məmmədov birbaşa 4-cü kursa götürülüb. «İlham Pirməmmədov onu Müşfiq Atakişiyevin yanına göndərmişdi. 15 min dollara razılaşdılar. Nazim Məmmədov dövlət imtahanına belə gəlmədi. Həmin vaxt imtahanda iştirak edən Təhsil Nazirliyinin nümayəndəsi, eyni zamanda universitetin kuratoru Nəzakət Hacıyeva qeyd elədi ki, hətta attestatı olmayan olmaya, diploma alanlar var».

Qarşı tərəfi də dinləməyə hazırıq.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.