Elmira Şükurovanın yalanı necə üzə çıxdı?
7-03-2016, 14:26
Təhsil şöbəsinin müdiri Ağdamın nüfuzlu adamlarını başına yığaraq, onlara təlimat verir
Bir neçə gün əvvəl mətbuatda belə bir məlumat yayılmışdı ki, guya, Ağdam rayonunda əhali etiraz aksiyası keçirəcək. Buna paralel olaraq başqa bir məlumatda da üzə çıxdı ki, bu aksiyanın olmaması üçün keçmiş təhsil şöbəsinin müdiri Elmira Şükürovanın böyük rolu olub. Belə ki, o, əhali ilə görüşərək, onlara bir sıra vədlər verməklə yanaşı, ağsaqqallardan yardım istəyib.
Maraqlıdır ki, yazıdan dərhal sonra Elmira Şükürova mətbuata açıqlama verərək, məlumatın yalan olduğunu, ümumiyyətlə, Ağdama gəlmədiyini bildirmişdi. Amma Politika.Az hazırda Kəlbəcər təhsilinə rəhbərlik edən Elmira Şükürovanın yalanını üzə çıxarıb. Belə ki, xanım Şükürova hər həftənin son günləri Ağdam rayonuna ən yaxın Bərdənin Şirvanlı kəndindəki villasına yerləşir.
İddialara görə, sözügedən şəxs həmin villasında Ağdamın bir sıra demoqoqlarını, məmurları ilə görüşərək, onlardan informasiya alır. Üstəlik, onları təlimatlandıraraq, hansı səpkidə təbliğat aparacaqlırını izah edir. Mənbə bildirir ki, sonuncu belə görüş martın 5-də baş verib. Hətta Elmira Şükürovanın Bərdəylə Ağdam arasında hərəkət edərkən maşınının görüntüləri belə əməkdaşımız tərəfindən qeydə alınıb.
Elmira Şükürovanın bu qədər fəal olması, canfəşanlığının dəqiq səbəbləri hər kəsə məlumdur. Kəlbəcər təhsil şöbəsinin müdiri Ağdamın icra başçısı olmaq üçün xeyli vaxtdır çalışır. Hətta Raqub Məmmədov icra başçısı təyin olunan ərəfədə Şükürovanın 700 min manat verərək, başçı olacağı ümidi ilə yaşayırdı. Həmin ərəfədə istədiyi alınmasa da, bu dəfə onun icra başçısı olacağı dəqiqdir. Belə ki, yaxın günlərdə Raqub Məmmədovun işdən çıxarılacağı artıq təsdiqlənib. Onun Elmira Şükürovayla əvəzlənəcəyi isə artıq kimsədə şübhə doğurmur.
Bunun səbəbi kimi əsas amil olaraq Şükürovanın arxasının bağlı olmasıdır. Yəni, Cavid Qurbanovun qohumu olmaq elə də kiçik məziyyət sayılmır. Ardından isə «Qaçqınkom»un sədri Əli Həsənovun da Elmira Şükürovaya ciddi dəstək verdiyi bildirilir.