QƏRİBƏ: Uşaq ölümündə təqsirləndirilən həkim işdən çıxarıldı... amma yenə işləyir
7-03-2016, 14:29
Ağdamda ötən il ayağına taxta parçası batması üzündən dünyasını dəyişən 7 yaşlı uşağın valideynləri, Ağdam Mərkəzi Rayon Xəstəxanasının həkimlərini övladlarına məsuliyyətsiz yanaşmaqda ittiham edir
Rayonun Üçoğlan Ərazi Vahidliyinin Böyükbəyli kənd sakini Əliyev Vüqar Lənkəran oğlu ünvanladığı şikayətdə bildirir ki, Bərdə və paytaxt xəstəxanalarında onlara deyiblər ki, yaralandığı ilk vaxtda uşağın zədəsinə lazımi tibbi müdaxilə edilmədiyindən yarada infeksiya əmələ gəlib:
"Ötən ilin iyul ayının 5 də həyətdə oynayanda ayağına taxta batdı. Səhəri günü biz onu Quzanlıya Ağdam Mərkəzi Rayon Xəstəxanasının həkim-cərrahı Elşən Əzimovun yanına apardıq. Vəziyyəti dedik. Bizi göndərdi rentgenə. Rentgendən keçib gəldik, dedi ki, uşağın ayağında yad cisim yoxdur. Taxta batıb çıxıb, orda qalmayıb. Sən demə, torpaqdan uşağın ayağına inveksiya keçib, həkimlər bunu bilməyiblər. Savadsızlıqlarından bilməyiblər. Sonra yaranın üstünə "livenakol" mazı çəkdilər. Dedik, həkim buna infeksiyaya qarşı iynə vurmaq lazımdır, varsa, vurun, yoxdursa, gedək alaq gətirək, vurun. Dedi ki, heç nə lazım deyil. "Livenokol" mazı qoydular, sarıdılar biz də çıxdıq gəldik evə. Səhəri günü açıb baxdıq ki, ayağı qızarıb. Yenə getdik xəstəxanaya, Elşən həkimi soruşduq, dedilər burada yoxdur. Kamil həkim var orada, o baxdı.
Biz yenə dedik ki, həkim buna infeksiyaya qarşı iynə vurmaq lazımdır, yaranı yarmaq lazımdır. Kamil həkim dedi ki, heç nə lazım deyil "Vişneviski" maz çəkin, keçib gedəcək. Amma sonra uşağın ölümüylə bağlı Kamil həkim istintaqa izahatında deyir ki, mən o xəstəni görməmişəm. Elşən həkim də deyir ki, bizim elə xəstəmiz olmayıb. Mənim uşağıma biganə yanaşıblar. Nemət Məmmədov va, prokrorluğun müstəntiqidir. Hamısı bizim əleyhimizə qərar çıxarır". Vüqar Əliyevin sözlərinə görə, Bərdə Mərkəzi Rayon Xəstəxanasında uşağın yarasına detanus diaqnozu qoyublar: "Amma həkimlər bizə dedilər ki, bu detanusdur, bu uşaq öləcək. Oradan bu barədə hər tərəfə məlumat verdilər. Dedilər k, bu uşağı qurtarmaq mümkün deyil. Uşaq Bakıda 1 nömrəli uşaq xəstəxanasında öldü. Balamızı Ağdamda belə vəziyyəti salıblar. Dəfələrlə aidiyyəti qurumlara, yuxarı instansiyalara teleqram vurmuşam, heç biş iş görülmür günahkarların cəzalandırılması üçün. Prokurorluqda deyirlər ki, uşağın qəbri açılmalıdır. Niyə açılmalıdır ki? Xəstəxanadan deyirlər ki, guya uşağa 6 yaşına qədər peyvənd vurulmadığı üçün rəhmətə gedib. Səhiyyə Nazirliyindən qərar verilib ki, Elşən Əzimov işdən çıxarılsın, Kamil həkimə də töhmət verilsin. Ancaq Elşən Əzimov hal-hazırda xəstəxanada işləyir. Kamil də öz kefindədir. Hamı bizim əleyhimizə ifadə verir". Xatırladaq ki, Ağdam rayon Üçoğlan ərazi Vahidliyinin Böyükbəyli kənd sakini Vüqar Əliyevin 7 yaşlı oğlu Tunar Əliyevin ayağına ötən ilin iyul ayının 5-də taxta parçası batıb... Əvvəlcə Ağdam, daha sonra Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılan azyaşlı bir neçə gündən sonra paytaxt xəstəxanalarından birinə çatırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Məsələ ilə Səhiyyə Nazirliyində də araşdırma aparılıb, həkim-cərrah Elşən Əzimov tutduğu vəzifədən uzaqlaşdırılıb.... Amma Əliyevlər ailəsi övladlarının ölümündə günahı olanların layiqli cəza almasını istəyir...