İcra başçısının qoçuları ilə vətəndaşın əlbəyaxa davası – VİDEO

8-03-2016, 11:18           

Sabunçu rayonu Ramana qəsəbəsində torpaq alıb ev tikdirmək istəyən 30 yaşlı Əli Mirzəbəyov haqsızlıqla qarşılaşdığını deyir. Belə ki, vətəndaşın cumhuriyyet.az-a bildirdiyinə görə, icra hakimiyyətinin əməkdaşları tikiliyə icazə vermək üçün ondan 3 min manat rüşvət istəyiblər. Pul verməyəndə isə evini sökdürüblər: “Dedim, cəmi 5 min manatım var, ona da evimi tikdirəcəm. Gəl sənə 500 manat verim. Fəhləyəm, pulu zülmlə qazanıram. Özümdə də kənd sovetinin ev tikdirmək üçün sənədi var. Gəlib evimi sökdülər”.
Məsələ ilə bağlı İcra Hakimiyyətindən rəsmi mövqe öyrənmək mümkün olmayıb. Vətəndaşla İcra Hakimiyyətinin işçilərinin dava-dalaşla keçən qarşıdurmasını, onların arasında gedən pul mübahisəsinin detallarını cumhuriyyet.az olaraq aşağıdakı video ilə diqqətinizə çatdırırıq:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru