DİQQƏT AXTARIRLAR: Sumqayıt 41 saylı 1-ci seçki dairəsindən Mirzəcan Xəlilovu seçicilər axtarır!

8-03-2016, 20:48           
DİQQƏT AXTARIRLAR: Sumqayıt 41 saylı 1-ci seçki dairəsindən Mirzəcan Xəlilovu seçicilər axtarır!
Sosial şəbəkələrdə Sumqayıt 41 saylı 1-ci seçki dairəsindən deputat seçilmiş Mirzəcan Xəlilov barəsində seçiciləri tərəfindən maraqlı "axtarış elanı" verilib.TEREF.İNFO yazır ki, dia.az olaraq həmin elanın mətnini təqdim edirik:

"Fotoda gördüyünüz bu şəxs Sumqayıt 41 saylı 1-ci seçki dairəsindən mandat "qazanmış" Mirzəcan Xəlilovdur. Uzun illrin seçki mübarizəsindən sonra, nəhayət ki, 2015-ci il növbəti parlament seçkilərində ""bəxti" üzünə güldü.....! Bu şəxsin üzü gülsə də seçiciləri ağlar günə qalıb. Seçiciləri ilə görüşündə populist vədlər verməsinə baxmayaraq, hal-hazırda seçicilərin gözünə görünmür.

Məhəllə sakinləri görənlərdən Mirzəcan Xəlilovun axtarılaraq tapılmasında yardımçı olmalarını xahiş edirlər. Bu şəxsi sonuncu dəfə boya-başa çatdığı Sabirabad rayon ərazisində görüblər. Onun növbəti görüntüsü, Bakı-Quba yolunun 130-cu kilometrliyində olub. Məlumat verən şəxsin anonimliyinə zəmanət verilir".

TEREF.İNFO yazır ki,dia.az bildirir ki, həqiqətən də Mirzəcan Xəlilov parlament seçkilərindən sonra bir dəfə də olsun 41 saylı 1-ci seçki dairəsinin ərazisində seçicilərlə görüş keçirməyib. Yəqin bua görədir ki, artı səbri tükənmiş seçicilər də deputatlarını "facebook" elanları vasitəsilə tapmaq fikrinə düşüblər...

Hörmətli deputatın da fikirlərini işıqlandırmağa hazırıq...
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru