Neftçala icra başçısından prokurora ilginc tapşırıq: " Zakir Qaralova məndən heç kim şikayət etməməlidir, yoxsa..." İDDİA

10-03-2016, 21:33           
Neftçala icra başçısından prokurora ilginc tapşırıq: " Zakir Qaralova məndən heç kim şikayət etməməlidir, yoxsa..." İDDİA
teref.aznun redaksiyasına zəng edən bir qrup Neftçala sakini bizi ilginc bir faktla tanış etdilər. Onların dediyini oxucularımıza çatdırırıq:
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş prokuror Zakir Qaralov cari il martın 11-də saat 11:00-da Neftçala rayon prokurorluğunun inzibati binasında Neftçala, Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Sakinlər iddia edirlər ki, Neftçala rayonunun icra başçısı İsmayıl Vəliyev Neftçala rayon prokurorunu yanına çağırıb, onu hədələyərək bildirib ki, mənimlə bağlı heç bir şikayətçi Baş prokuror ilə görüşməyəcək.Əgər hansısa şikayətçi qəbula düşsə səni rayonda işləməyə imkan vermiyəcəm.

teref.az olaraq qeyd etmək istəyirik ki,,son günlər mətbuatda barəsində yayılan xəbərlərlə bağlı məlumatlardan ehtiyatlanan icra başçısı İsmayıl Vəliyev çıxarılan icra başçıları siyahısına düşmək istəmir. Xatırladaq ki regionlarda başlanan aksiyalar məhz Neftçala rayonunda İsmayıl Vəliyevin yarıtmaz əməllərindən qaynaqlanmışdı.

teref.az olaraq hörmətli İsmayıl Vəliyevin fikirlərini öyrənmək istəsəkdə ona ulaşa bilmədik.
Lakin yenədə hörmətli icra başçısının fikirlərinə yer verməyə hazırıq!
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru