Zaqatalada məhkəmə “zəlzələ”si: hakimə və prokurora kütləvi etiraz

12-03-2016, 05:48           
Zaqatalada məhkəmə “zəlzələ”si: hakimə və prokurora kütləvi etiraz
Cumhuriyyət.az olaraq bir müddət əvvəl məlum Zaqatala- Balakən zəlzələsi zamanı, baş vermiş ziyanı aradan qaldırmaq üçün FHN-tərəfindən əraziyə ezam olunmuş komissiyanın müdhiş dələduzluğu haqqında silsilə yazılar dərc etmişdik. Burada qeyd edilirdi ki, fövqaladə hallar nazirliyinin yüksək vəzifəli şəxsləri əhalidən külli miqdarda vəsaiti nağd şəklində yığaraq mənimsəmişdilər. Bu məsələ ilə bağlı işə Şəki ağır cinayətlər məhkəməsində hakim Rəşid Hüseynovun və dövlət ittihamçısı Fuad Musayevin rəhbərliyi altında baxılırdı. Prosesdə Zaqatala, Balakəndən ümumilikdə 108-nəfər zərərçəkmiş qismində tanınmış və qarşı tərəfdən bir neçə nəfər həbs olunmuşdur.
Zərərçəkmişlər təqsirli olan əsas şəxslərin məhkəmədən kənar saxlandığını, həbs olunanların 3-cü, 4-cü dərəcəli şəxslər olduğunu qeyd edirlər. Bir ilə yaxın keçirilən məhkəmə prosesində zərərçəkmişlərin lehinə heç bir qərar qəbul olunmamış, əksinə əsl günahkarlar hakim və ittihamçı prokuror tərəfindən himayə edilərək istintaqdan yayındırılmışdır. Bununla bağlı cumhuriyyet.az olaraq bildirək ki, son məhkəmə prosesi 11 mart 2016 cı ildə Şəki ağır cinayətlər məhkəməsində keçirilmişdir. Prosesdə hakim Rəşid Hüseynov zərərçəkmişlərə son söz vermişdir. Zərərçəkmişlər bir daha onlara dəymiş ziyanın ödənməsini və işin yenidən ibtidai istintaqa qaytarılmasını tələb etmişlər. Hakim fasilə elan edərək bildirmişdir ki, prosesdə ittihamçı prokuror Fuad Musayev çıxış edəcək və məhkəmə qərarı veriləcəkdir. Zərərçəkmişlər əmin olduqdan sonra ki, bütün bunlar daha bir qanunsuzluqdur, dövlət ittihamçısını dinləmədən tam tərkibdə məhkəmə prosesini boykot edərək geri, yaşadıqları ünvanlara qayıtmışlar. Mövzunu diqqətdə saxlayacayıq.
Redaksiyadan:Yazıda adları çəkilən bütün şəxslərin fikirlərini dinləməyə hazırıq.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.