Cəlilabad təhsilində korrupsiya və rüşvət baş alıb gedir! - İDDİA

14-03-2016, 01:25           

teref.az-ya məlumatlı mənbədən gələn məlumata görə, Cəlilabad təhsilində korrupsiya və rüşvət baş alıb gedir! Bu ilin əvvəlində Təhsil Nazirliyi tərəfindən Cəlilabad rayon təhsilində yoxlamalar aparıldı. Bu yoxlamalardan sonra hər kəs "kimlərinsə" cəzalanacağını gözlədiyi halda heç bir tədbir olmadı. Bundan sonra Cəlilabad RTŞ -nin müdiri Elminaz Nadirova bir az "taktiki" dəyişikliklər edərək yenidən xərac toplamağa başlayıb. teref.az-ya məlumat verən mənbənin sözlərinə görə Elminaz Nadirova əvvəllər Ərəstün Hüseynov , Sarxan Həsənov və Ələddin Əsədullayev vasitəsilə 129 məktəb direktorunu istismar edirdilərsə indi Ələddin Əsədullayevi Ağaxan Ağayev əvəzləyib. Bundan əlavə daha 129 direktoru RTŞ -yə çağırıb bir- bir "aylıq pulu" alınmır. İndi artıq "aylıqlar" inzibati ərazi üzrə bir neçə direktor tərəfindən yığılaraq mərkəzə gətirilir. İnzibati ərazi üzrə xərac bu cür yığılır : Şəhər məktəbləri Abbas Cəfərov , Cəngan sovetliyi üzrə İsa Vahabov, Dövlətalibeyli sovetliyi üzrə Rafik Hüseynov, Seyidbazar sovetliyi üzrə Etibar Abdullayev, Məlikqasımlı sovetliyi üzrə Cəbrayıl müəllim, Əliqasimlı soverliyi üzrə Şakir Abbasov, Gulmemmedli sovetliyi üzrə Həmdulla İbayev, Şabanlı sovetliyi üzrə Hafiz Nəciyev, Xənəgah sovetliyi üzrə Əliqismət Heydərov, Kazımabad sovetliyi üzrə Maarif Əliyev, Uzuntəpə sovetliyi üzrə Məmmədov Tofiq və s. Direktorların "aylıq pulunda" da dəyişiklik olub .
Mənbənin teref.az- ya verdiyi xəbərə görə, əvvəllər kontingentindən aslı olaraq kiçik məktəblər 200, böyük məktəblər 500 verirdisə , indi 300-600 manat pul verilir. Kontingentindən asli olaraq hər məktəb 3-5 texniki işçinin maaş kartını da Elminaz xanıma verməlidirlər. Bütün bunlar az imi direktorlarlardan ayda 500-1000 manat pulu isə Cəlilabad rayon İcra hakiminin köməkçisi, 2-dərəcəli dövlət qulluqçusu Malik Şərbətova alır. Mənbə axırda çox ritorik bir sual verir, ölkəmizin bu vəziyyətində ölkəni talayaraq təhsilimizi bərbad vəziyyətə qoyan şəxslərə nə ad vermək olarsa qoy yuxarıda oturanlar versin bizdsə bilək?
teref.az olaraq adları çəkilən hər bir şəxsin fikirlərini dinləməyə hazırıq!
TEREF.İNFO












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.