Dərin Özüllər zavodunun rəhbərliyindən prezidentə şikayət olundu- ŞİKAYƏT

14-03-2016, 01:36           
Dərin Özüllər zavodunun rəhbərliyindən prezidentə şikayət olundu- ŞİKAYƏT
teref.az-nun poçtuna prezidentdən imdad diləyən vətəndaşın məktubu daxil olub. Şikayət məktubunu sizə təqdim edirik:
Cənab Prezident.
Sizə dəfələrlə yazmışam,amma deyəsən Sizə məktubumu çatdırmıllar.Təkrar yazıb üzləşdiyim problemi bir daha açıqlamaq istəyirəm.2013 ildə seçki qabağı çıxışlarınızda korupsiya ilə mübarizədə vətəndaşların fəallıq göstərməsin dəfələrlə bildirmisiniz.Mən də sizə inandım və Dərin Özillər zavodunda fəaliyyət göstərən korupsioner qrupu ifşa etdim.Bundan sonra onların himayədarı İxtiyar Axundov və onun əlaltıları məni 25 il qüsursuz fəaliyyət göstərdiyim zavoddan qovdular.Mən üç dövlət müşavirinin qəbulunda olub şikayət məktublarımı onlara təqdim etdim,xeyri olmadı.49 dəfə Baç Prokurorluğa və onun yanında korupsiya ilə mübarizə idarəsinə yazdım.Yenə xeyri yoxdur.Bəlkə mən məktublarımda cinayətkarların cəzalanmasın xaiş edirəm deyə məni eşidən yoxdur?Cəzasız qalmaqları onların yüksək vəzifəli məmurlar tərəfindən himayədarlıq olunmasına sübutdur.
Lakin mənim ümidim sizədir, sizin çıxışınız məni ruhlandırır!
Onlara deyəndə ki,Sizə yazacam cavabları o oldu ki,Get kimə yazırsan yaz.Gücün çatmıyacaq.
Bu cür harınlamış cinayətkarlar elə bilirlər dövlətdə ağalıq edə bilərlər!
Bir epizodda 2.000.000 $-lıq pul qazanan cinayətkar belə danışmalıdır.Çünki,cəzasız qalmasına və yeri gələndə haqqın verib canın qurtarmasına əmindir.
Cənab Prezident bu korrupsioner məmurlarla siz bacara bilərsiniz. Xahiş edirəm mənim hüquqlarımı bərpa edəsiniz!
Аrif Cavadov.
Qarşı tərəfində fikirlrəini dinləməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.