"Kasıb müğənni yoxdur" - Xəyyam həmkarlarının yalanını açdı

14-03-2016, 17:07           
"Kasıb müğənni yoxdur" - Xəyyam həmkarlarının yalanını açdı
Müğənni Xəyyam Nisanovun gizlicə evlənməsi xəbəri yayılıb.

Axşam.az-ın məlumatına görə, sənətçi “ATV maqazin onlarla” verilişinə açıqlamasında xəbərin yalan olduğunu bildirib:

“Mən ailə qursam bunu həmkarlarım, dostlarım, media işçiləri biləcək. Gənc və subayam, ətrafda hamı evlənməyimdən danışır. Ona görə də mənlə bağlı belə xəbər yayılıb. Mən toyumu heç vaxt gizlətmərəm. Evlənmək fikrim var”.

X.Nisanov müğənni Vasif Məhərrəmlinin saqqalla bağlı açıqlamasına münasibət bildirib. İfaçı həmkarının “Kişi saqqal saxlamaz” sözlərinə etiraz edib:

“Saqqalı qəbul etmirsə, niyə elələri ilə oturur, dostluq edir? İnsan özü keyfiyyətli olmalıdır. Sırğa taxmaqla, saqqal saxlamaqla insanlıq ölçülmür. Mən elələri ilə dostluq da edirəm. Hərdən özüm də saqqal saxlayıram”.

Müğənni həmkarlarının yalanını da açıb. O, toysuzluqdan şikayətlənən ifaçıları qınayıb:

“Toylar çoxdur, mən şikayət etmirəm. Hamının işi var. Bizimkilər xoşlayırlar etiraz etməyi. Bizdə kasıb müğənni yoxdur, bunu bilin. Sadəcə versiyadır, belə demək lazımdır. Müğənni hara, ağlamaq hara? Bu düz gəlmir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru