Sabirabad Telekommunikasiya Qovşağında qanunsuzluqlar baş alıb gedir - ŞİKAYƏT

14-03-2016, 17:32           
Sabirabad Telekommunikasiya Qovşağında qanunsuzluqlar baş alıb gedir - ŞİKAYƏT
teref.aznun poçtuna gələn şikayət məktubunda Sabirabad Telekommunikasiya Qovşağında baş verən korrupsiya hallarından bəhs edilir. teref.az olaraq mktubun nöqtəsinə vergülünə toxunmadan sizə təqdim edirik:
" Hörmətli redaksiya Sabirabad rayon Telekommunikasiya Qovşağında özbaşınalıq o qədər çoxdur ki, hansı birindən başlayacağımı bilmirəm. İlk növbədə onu demək istəyirəm ki, qovşaq rəisi telefon çəkdirmək və digər məsələlər üçün bura müraciət edən vətəndaşları süründürməçiliyə məruz qoyur. Vətəndaşlardan nəysə gözləyirlər. Cari dövriyyə borcu adı altında yığılan vəsaitlər bir neçə il bundan əvvəl yığılıb qalmış borclar kimi təqdim olunur. Əgər vətəndaş bir il bundan öncə evini satıb və telefon danışıqları üzrə cari dövriyyə borcunu ödəmədən qeydiyyatdan çıxırsa, borc evi alan şəxsin üzərində qalır. Belə ki, həmin evi alan digər vətəndaş yeni telefon xətti çəkdirərək abunəçi statusu alır. Qovşağın əməkdaşları isə köhnə sakinin borclu olduğu həmin pulları da evi müqavilə ilə yenicə almış vətəndaşdan tələb edirlər. Əks halda onun telefon xətti kəsilir. Baxmayaraq ki, vətəndaşın köhnə nömrəyə və abunəyə, eyni zamanda danışıq qiymətinə aidiyyəti yoxdur. Ümumiyyətlə, Sabirabad rayonunda rabitə xidmətləri ürəkaçan səviyyədə deyil. Yerli əhali internetdən istədiyi kimi istifadə edə bilmir. Çünki internetin nə sürəti normaldır, nə də keyfiyyəti. Bunların hamısı qovşaq rəisinin uğursuz fəaliyyəti ilə bağlıdır. Uzun müddətdir yaşanan eyni problemlərin həlli məsələsi qovşağın rəhbərliyi üçün artıq qeyri-mümkün hesab oluna bilər. Hətta problemlər o qədər dərinləşib ki, bəzi aylar ərzində Sabirabad rayonunda internet istifadəçiləri gündəlik norma ilə, yəni 4-5 saat verilən internet əlaqəsi ilə kifayətlənməli olurlar. Problemin həlli üçün vətəndaşların müraciətlərini qəbul edən qovşağın işçiləri isə yalnız quru vədlər verməklə kifayətlənirlər". Tapdıq Bağırov ötən müddət ərzində "Aztelekom" rəhbərliyi ilə xüsəsn “Aztelekom”-un hal hazırda shəbsdə olan sədri Məhəmməd Məhəmmədovla yaxın dost olduğunu deyir. Buna görədə ona qaşın üstə gözün var deyən yoxdur. Qovşaq rəisi ancaq özü üçün çalışır. Bu müəssisə hazırda özünün ən çətin dövrünü yaşayır. Onun adı indiyə kimi bir çox qalmaqallı məsələdə çəkilib. Bir müddət əvvəl işçilərin rüblük mükafatları, müalicə xərclərini və 13-cü maaşlarını kəsmişdi. İşçilər rəisin bu özbaşınalığına ən kəskin formada etirazlarını bildirmişdilər. Həmin vaxt qovşaq rəisi bərk narahat oldu, hətta onun işdən xaric ediləcəyi gözlənilirdi. Lakin dosotu Məhmməd Məmmədov ona heç nə demədi. Görünən odur ki, Tapdıq müəllim həmin şansı boşa verib. Sabirabad Telekommunikasiya Qovşağında hələ də əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozulur, əmək müqaviləsi bağlanılmadan işə adam götürülür və ikili mühasibat aparılır. Rəis rayonda stasionar telefon xətti çəkilişinin qiymətini özbaşına olaraq qaldırıb. Vətəndaşlardan dövlət rüsumundan başqa ödənişlər tələb olunur. Sakinlər buna etiraz edəndə isə əlavə problemlə üzləşməli olurlar. Rayonda dayaq dirəklərinin yenisi ilə əvəzlənməsi üçün kifayət qədər vəsait ayrılır, amma kabellər köhnə, qəza vəziyyətinə düşmək təhlükəsi daşıyan şalbanlara bağlanılıb.
Rayonda belə bir fikir formalaşıb ki, Sabirabad Telekommunikasiya Qovşağının rəisinin ümumiyyətlə vəzifə borclarının öhdəsindən gələ bilmir, daha dəqiq desək bu vəzifə borclarının nədən ibarət olduğunu belə bilmir.Qovşaq rəisi iş vaxtının çox hissəsini rayonun səfalı guşələrində yerləşən əyləncə-istirahət mərkəzlərində keçirməyə üstünlük verir. Ona həvalə olunmuş strukturun işini kiçik rəhbər işçilər yönləndirdikləri səbəbindən, yuxarı instansiyalara təqdm olunan hesabat və məruzələrin məzmunu belə bu məmur üçün qeyri-müəyyən və anlaşılmaz qalır.
“Aztelekom”-un sədri həbs ediləndən sonra Tapdıq müəllim indidə özünə yeni hami tapıb.
Yeyib içdiyi kef məclislərinin birində “Aztelekom” Texniki direktoru Zahir Vəliyevin onun yaxın dostu olduğunu iddia edən Tapdıq Bağırov bundan sonra ona heç kimin bata bilməyəcəyini dilinə gətirib.
Tapdıq müəllim hər yerdə .Sabirabadın abadlaşdırmaq üçün verdiyi pullardan danışır.. Onun dediyinə görə hər dəfə Sabirabad icra başçısı onu yanna çağırıb hansısa abadlaşdırmaq işini onun boynuna qoyur. Onun sözlərinə görə bütün hnları o öz cibindən edir.
Hörmətli redaksiya sizin mətbuatda da gedən " cavad mafiya"-sı dediyiniz qruplaşmanın kölgədə qalan bir üzvüdə Tapdıq müəllimdir və bu mafiyanı bir birinə biznes və vzifə telllərindən başqa həmdə qohumluq telləridə bağlayır!.
İnanırıq ki, prezidentimizin Bakıda apardığı möhtəşəm təmizləmə işləri bizim Sabirabadada çatacaq!
Ağaəli Cabbarov "
teref.az olaraq bu şikayətlə bağlı Sabirabad Telekommunikasiya Qovşağının rəisi Taprıq Bağırovla əlaqə saxladıq. Tapdıq müəllim Sabirabad Telekomunikasıya Qovşağında heç bir problem olmadığını dedi.
Lakin şikayətlərin olduğunu nəzərə alaraq araşdırmamızı davam etdirəcəyik. Bizi izləyin....
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.