Sabunçu Sukanal İdarəsinin rəisi Elşad Quliyevin vətəndaşlarla davranış problemi...

15-12-2021, 08:07           
Sabunçu Sukanal İdarəsinin rəisi Elşad Quliyevin vətəndaşlarla davranış problemi...
Qarabağ veteranına “sən dırnağı da deyilsən...” deyən Elşad Quliyev

Elşad Quliyev hər ay xeyir-şər evlərindən, şadlıq saraylarından nə qədər pul yığır ?

Elşad Quliyev Qarabağ veteranına “Bura hərbi komissarlıq deyil, su idarəsidir” deyir..

Sabunçu Sukanal İdarəsinin Elşad İdris oğlu Quliyev adında bir rəisi var.
Bu adamın əlindən Sabunçu rayonunun qəsəbələri, kəndləri beziblər. Sakinlərin su problemlərindən yazmadığı dövlət qurumları qalmayıb. Amma ortada nəticə yoxdur.
Elşad Quliyevə deyən lazımdır ki, rayon ərazisində yerləşən xeyli sayda mərasim, xeyir-şər evlərinə verdiyin suların hesabı, pul-parası kimin cibinə gedir ?
Təkcə bu pulu hesablasalar, səni neçə il cəza gözləyir.
Ancaq Qarabağ müharibəsində döyüşmüş oğulların su problemi səni zərrə qədər maraqlandırmır.
Nəinki maraqlandırmır, hətta Vətən müharibəsi veteranının su ilə bağlı haqlı tələbinə Elşad Quliyev belə cavab verir: “ Bura hərbi komissarlıq deyil, su idarəsidir, kimə su verilib-verilməməsini biz özümüz müəyyən edirik”.
Bax, bu yerdə adam düşünür ki, Elşad Quliyev kimi məmurları minalanmış sahələrə göndərmək lazımdır ki, müharibənin nə olduğunu azca da olsa hiss eləsin...
Elşad Quliyevə deyən lazımdır ki, şadlıq evlərindən, kafelərdən, restoranlardan bir ayda su pullarının hesabına nə qədər pul qazanırsan?
Elşad Quliyevdən soruşmaq lazımdır ki, səni bu vəzifəyə qoyublar ki, Ülviyyənin suyunu dəyişəsən...yoxsa vətəndaşların, o cümlədən veteranların su problemini həll edəsən?
Ülviyyəyə olar, başqa sakinlərə yoxmu?
Bütün bunlar azmış kimi, Elşad Quliyev boyundan yuxarı hərəkət edərək, Qarabağ veteranı olan Cənnət müəllimə deyib ki, sən heç Anar Cəbrayıllının ( “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri) dırnağı da ola bilməzsən.
Birincisi, Qarabağ veteranını hörmətli Anar Cəbrayıllı ilə müqayisə etməyin nə mənası var ?
İkincisi, Anar Cəbrayıllıya hamımızın hörməti var.
Üçüncüsü, Elşad Quliyev niyə Anar müəllimin adı ilə manipulyasiya edir?
Bir daha Elşad Quliyevə xəbərdarlıq edirik ki, savadın, təhsilin yoxdursa, get təhsilini artır və vətəndaşlarla davranış qaydalarını öyrən.
Yoxsa, sənin özünə Azərsu davaranış qaydalarını öyrədər...
gundelik baki
Teref.az olaraq məqalədə toxunulan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.