Sahil Babayevin Aynur Hüseynovadan XƏBƏRİ VARMI? - 10 000 manatlıq İTTİHAM VİDEO-FOTO

17-12-2021, 08:53           
Sahil Babayevin Aynur Hüseynovadan XƏBƏRİ VARMI? -
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində komissiya sədri vəzifəsində işləyən Aynur Hüseynovadan şikayət var.

Replika TV-yə Günay Məmmədova tərəfindən daxil olan şikayət məktubunda bildirilir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində komissiyanın sədr əvəzi vəzifəsində işləyən Aynur Hüseynova onu aldadaraq pensiya düzəltmək adı altında 10 min manata yaxın pul alıb.

Günay Məmmədova Aynur Hüseynovaya məxsus kartların hesab nömrəsinə köçürtdüyü məbləğləri təsdiq edən qəbzlərin bəzilərinin sürətini də bizə göndərib.




Zərəçəkən dəfələrlə verdiyi pulu almaq üçün Aynur Hüseynovaya müraciətlər etsə də, qarşı tərəf aldığı məbləği qaytarmaqdan imtina edir.

Replika TV-əldə etdiyi məlumata görə Aynur Hüseynova ƏƏSMN-də yüksək vəzifədə işləyən yaxın adamlarına arxalandığı üçün aldığı pulu qaytarmaqdan imtina edir.

Bildirək ki, Aynur Hüseynovanın bu əməli barədə hüquq mühafizə orqanlarına şikayət ediləcəyi təqdirdə ƏSSMN-nin komisiya sədri əvəzinə dələduzluğa görə cinayət işi açıla bilər.

Replika Tv daxil olan digər məlumata görə isə komisiyasının sədr əvəzi Aynur Hüseynova başqa vətəndaşlardanda müxtəlif işə düzəltmə adı altında vəsaitlər alaraq qaytarmayıb.

Qarşı tərəfin mövqeyini dərc edtməyə hazırıq. //Replika TV//













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.