Məmmədyarovun oğluna qarşı Nyu York məhkəməsi vergi davası açıb - FOTO

18-12-2021, 09:03           
Məmmədyarovun oğluna qarşı Nyu York məhkəməsi vergi davası açıb - FOTO
Teref.az yazır ki, müstəqil araşdırmaçı jurnalist Cavanşır Həsənli yeni araşdlrması ilə gündəmə gəlib. Jurnalust araşdlrmaslnda yazır:
Nyu-York Mellon Bankının (THE BANK OF NEW YORK MELLON) iddiası əsasında Nyu-York əyalət məhkəməsi (New York County Courts) keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun oğlu Emin Məmməyarova qarşı vergi davası açıb. Vergi davasına sabiq nazirin oğlunun adına aldığı 4.5 milyonluq mənzillərlə bağlı məlumatlar ictimailəşəndən sonra - 2020-ci ilin oktyabrında start verilib və iddia Riversayd bulvarı, Tramp-Pleysdəki binalarda alınmış mənzillərlə bağlıdır.
Cavanşır Həsənli
Teref.az xəbər verir ki, Cavanşır Həsənlinin araşdrmasını dəyərlndirın müstəqil jurnalist Cəmil Məmmədli bu məlumatı şərh edərkən öz feysbuk səhifəsində yazır:
Cemil Memmedli
14 мин. ·
Diqqətlə oxuyun.
Bu adam bizdə Xarici işlər naziri olub.
Oğlunun isə başqa dövlətdə biznesi, başqa sözlə desək həmin biznesin fəaliyyətindən irəli gələn öhdəlikləri.
Sonra isə sirr qorumaq üçün medianın ağzına kilid vurmağın yollarını axtarırlar.
Birbaşa dövlət sirri ilə işləyənlərin balaları xaricdə bizneslər qurub, başqa dövlətlərin qarşısında əlli öhdəçiliyə imza atanda isə, kor olub, görmürlər.
Sabah buna oğlunu tuturuq deyəndə, övladına görə bütün ölkəni satmayacaqsa, qarantiya varmı?
Kim əmindir ki, belə olmayacaq?
Ona görə də bütün xariclə əlaqəsi olan məmurları rədd etmək lazımdır.
Teref.az














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.