Ekologiya Nazirliyinin vəzifəli şəxsləri avtomat silahla ova gedir - Muxtar Babayevin diqqətinə (FOTO)

20-12-2021, 09:54           
Ekologiya Nazirliyinin vəzifəli şəxsləri avtomat silahla ova gedir -
Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Adəm İsmiyev və müavini Sakit Şahmarovun ov görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Teref.az AzToday.az-a istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 vəzifəli şəxsinin ov görüntülərində ilginc məqamlar əksini tapıb. Beləki Adəm İsmiyev “Winchester”lə, müavini Sakit Şahmarov isə avtomat silahla ova gediblər. Mövcud qanunvericilik avtomat silahın satılmasını qadağan etdiyindən mülki şəxs sayılan Adəm İsmiyev və Sakit Şahmarovun avtomatı necə əldə etməsi suallar yaradır.

Ümid edirik müvafiq qurumlar Adəm İsmiyevin bu gün 19:33-də “whatsapp” statusunda paylaşdığı görüntülərlə bağlı adekvat tədbirlər görəcəklər…

Görüntüləri təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru