Nazirlik susmaqla kimi qoruyur? - MÜƏMMA

23-12-2021, 08:55           
Nazirlik susmaqla kimi qoruyur? -
Xatırlayırsınızsa, ötən yayımlarımızdan birində agentliyimiz vasitəsilə Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevə bir neçə sual ünvanlamışdıq.
https://dogruxeber.az/gundem/37562-bu-nazirlik-cngllik-qanunlar-il-idar-olunur-vdeo-foto.html

Suallarımız da qanunsuz olduğu iddia olunan balıq gölləri, həmçinin çayın məcrasında tikilmiş dəbdəbəli yaşayış villası haqqında aparılan araşdırmaların nəticələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Gəncə regional idarəsinin əməkdaşlarının birtərəfli mövqe tutmaları və obyektiv araşdırma aparmadıqları, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin, eləcə də digər səlahiyyətli şəxslərinin sorğumuza düzgün, vaxtında cavab vermədikləri barəsində idi.

Elə suallarımızı media vasitəsilə birbaşa nazir Muxtar Babayevin özünə ünvanlamağımızın səbəbi də məhz sözügedən nazirliyin mətbuat xidmətinin səhlənkarlığına səbrlə seyirçi qala bilmədiyimiz olmuşdur.

Artıq, 20 gündən çox müddət keçməsinə baxmayaraq, yenə də Ekologiya nazirliyi səbrlə susmağa üstünlük verir.

Bu da belə düşünməyə əsas verir ki, ya nazirliyin verəcək cavabı yoxdur, ya da da ümumiyyətlə hörmətli Muxtar Babayev qanunlara və tutduğu vəzifənin tələblərinə deyil, həqiqətən də şəxsi maraqlarına xidmət edir ki, çayın bir neçə metrliyində tikilmiş villanı görməzdən gəlir. Şəhərin içində yaşıllıq ağaclarının kəsildiyi və yerində tikilən iaşə obyektləri kimi.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru