9 saylı vergi idarəsində ÖZƏL QAYDALAR - İTTİHAM

24-12-2021, 09:11           
9 saylı vergi idarəsində ÖZƏL QAYDALAR - İTTİHAM
Göyçay rayon 1-ci Ərəbcəbirli kənd sakini 1-ci dərəcəli hərbi əlil, hüquq müdafiəçisi Məhəmmədəli Səmədov tərəfindən ölkə rəhbərliyinə şikayət ünvanlanıb. DİA.AZ hüquq müdafiəçisinin Prezidentə ünvanladığı müraciətini təqdim edir:

"Çox hörmətli cənab Prezident! Yazaraq Sizi məlum etmək istəyirəm ki, İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergi İdarəsinin rəisi Elxan Süleyman öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək (CM maddə 308) Dövlət büdcəsinə külli miqdarda zərər vurmağa davam edir. O, ərazisində yerləşən bir çox yanacaq doldurma məntəqələrilə, super marketlərlə, çay evlərilə və digər ticarət obyektlərilə şəxsi maraqlarına uyğun qaydada razılaşma həyata keçirir.

Bildiyiniz kimi sahibkarlar və vergi ödəyiciləri kassa metodundan istifadə etməli, hesablanmış aylıq gəlirə uyğun vergi borcunu ödəməlidir. Lakin 9 saylı Ərazi Vergi İdarəsinin ərazisində fəaliyyət göstərən sahibkarlar Elxan Süleymanovla sövdələşərək qanuni vergidən yayınırlar. Bu sövdələşmə əsasında isə onların adında vöen olmasına baxmayaraq əksər hallarda satılan malları kassada qeyd etmirlər. Hətta bəzilərinin də ümümiyyətlə kassa aparatı belə yoxdur.

"Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.1. maddəsinə əsasən "vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır".

Bu işdə ona, rəhbərlik etdiyi idarənin əməkdaşları və xüsusən Vüsal Qəhrəmanov və Babək Mahmudov köməklik göstərir. Halbuki Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin 1-ci bəndinə əsasən "qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur".

Lakin, dəyişən səbəblərə (puluna, adamına və s. ) görə Elxan Süleymanov vətəndaşlar arasında ayrıseçkilik edərək Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsində bildirilən hüquq və barəbərliyi kobud şəkildə pozmaqdadır.

O, korrupsiya və rüşvət yolu ilə kifayət qədər böyük var-dövlətə sahiblənmişdir. Yaşadığı Göyçay rayonunda olan mülklərindən: Potu kəndində "Kremil Sarayı" na bənzər dəbdəbəli evi, avtovağzal yaxınlığında ümümi ərazisi təxminən 0.004 ha olan hələki istifadə verilməyən üç mərtəbəli qeyri-yaşayış obyekti, Əli Kərim adına Parkın içərisində qardaşının işlətdiyi geniş çayxanası vardır. Eyni zamanda turizm zonası olan İsmayıllı rayon Basqal kəndində böyük malikanəsi mövcuddur.

Əlbətdə, sadaladıqlarım Elxan Süleymanova məxsus olan var-dövlətin sadəcə mənə məlum olan hissəsidir və daha nələrə sahib olduğunu Dövlət aşkara çıxarmalıdır. Heç şübhəsiz ki, onun aldığı maaş bir belə imkan əldə etməyə kifayət etməzdi. O, korrupsiya və rüşvət çirkabına bulaşmış korrupsioner Dövlət "məmurudur.

Belə "məmurlar Sizin dediyiniz kimi "varlanmaqla yanaşı Dövlətə xəyanət etmiş sayılır".

Çox hörmətli cənab Prezident! Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsini rəhbər tutaraq Sizdən xahiş edirəm, 9 saylı Ərazi Vergi İdarəsinin qanunsuz əməlləri mənim də iştirakımla təcili araşdırılsın.
Ümid edirəm ki, ölkəmizi talan edən "məmur"lardan olan Elxan Süleymanov barəsində qanunun müvafiq bəndlərinə uyğun tədbir görüləcəkdir. Sizə öncədən öz minnətdarlığımı bildirirəm".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.