lham Abdullayev 1 ildir qulluq edən əsgərə nişan mərasimi üçün 1 saatlığa niyə icazə vermədi ?

28-12-2021, 08:12           
lham Abdullayev 1 ildir qulluq edən əsgərə nişan mərasimi üçün 1 saatlığa niyə icazə vermədi ?
Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, nazirliyin iki generalının rütbəsi artırılıb, üç polkovnikə isə general-mayor rütbəsi verilib.
Ötən gün rütbəsi artırılan iki general-leytenantdan biri olan İlham Əyyub oğlu Abdullayev əvvəllər FHN-in Fövqəladə Halların Nəticələrinin Aradan Qaldırılması İşinin Təşkili Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. Elə general-mayor rübəsini də bu vəzifədə ikən alıb. Bu, 2006-cı ilin dekabrında baş verib.
O, hazırda FHN-in Mülki Müdafiə Qoşunlarının komandanıdır.
Deməli, cənab İlham Abdullayev Azərbaycanda Mülki Müdafiə Qoşunlarının komandanıdır.
Yaşlı nəslin yaxşı yadında olar, o zamanlar “Qrajdanski Oborona” deyirdilər.
Amma o zaman Mülki Müdafiənin əsas işi əhalini fövqəladə hallara hazırlamaq idi. Hətta bu idarənin əməkdaşları ən sadə insanlara “protivoqaz”-əleyhiqaz geyməyi öyrədirdilər. Ki, istənilən fəlakət halında vətəndaş vəziyyətə uyğun hərəkət eləsin.
Hətta həmin qurumun əməkdaşları əhalini ildə 2 dəfə təlimatlandırırdılar ki, zəlzələ-filan olanda necə davranmaq lazımdır. Ki, itkilərimiz az olsun.
İndi soruşuram ki, son 20 ildə kim belə bir halla rastlaşıb?
Biz hələ binaların zirzəmilərindən danışımırıq.
Bəli, zirzəmilər məhz fəlakətli vəziyyət üçün nəzərdə tutulmuşdu. Ki, istənilən təhlükə halında vətəndaşlar zirzəmilərdə yerləşdirilsin.
Amma bu gün bütün binaların zirzəmiləri əməlli-başlı zəbt olunub, ictimai-iaşə obyektinə çevrilib.
Görəsən, bütün bunları təzəcə general-leytenant olan İlham Abdullayev görmür ?
Yaxşı, bütün bunları yazdıq olmayan “keçdi dövrünün” ayağına. Bəs....
Bəli, çox dərinə getmədən bildirək ki, İlham Abdullayevin rəhbərlik etdiyi sahədə hərbi hissələr də var. Yəni gənclərimiz həmin hissələrdə hərbi xidmət keçirlər.
Sanqaçaldakı belə N saylı hərbi hissələrdən birində qulluq edən əsgərimizin atası Gündəlik-Bakıya bildirib ki, oğlu 1 ildən artıqdır ki, vətən qarşısında öz borcunu yerinə yetirir, hərbi xidmətdədir. Hətta bu vaxt ərzində öz məzuniyyət hüququndan da istifadə etməyib. Yəni fasiləsiz olaraq öz hərbi xidmətini davam etdirib.
Əsgər atası müxbirimizə bildirib ki, oğlumuzun nişan mərasimi üçün hərbi hissənin rəhbərliyindən xahiş etdik ki, heç olmasa 1 saatlığa əsgərə icazə verin ki, nişan mərasimində iştirak etsin, gəlinin barmağına üzük taxsın, sonra yenə qulluq etdiyi hərbi hissəyə qayıtsın.
Deməli, əsgər atasının dediklərindən bəlli olur ki, xeyli vaxtdır FHN-in Mülki Müdafiə Qoşunlarının komandanı İlham Abdullayev onun xahişini yerinə yetirmir. Nəinki yerinə yetirmir, hətta “quruca” cavab vermir.
Bəs, görəsən öz əsgərinə belə laqeyd, biganə yanaşan İlham Abdullayevi cənab nazir Kəmaləddin Heydərov hansı üstün cəhətlərinə görə, general-leytenant rütbəsinə təqdim edib ?
Biz mediada olduğumuz uzun illər ərzində bircə dəfə də olsun Kəmaləddin Heydərobvun ünvanına haqsız ifadə işlətmədik. Amma...
Əmaası odur ki, cənab nazir, öz uşaqlarınızı, övladlarınızı həmin əsgərin yerinə qoyun. Yaxud özünüzü həmin əsgərin atasının yerinə qoyun.
1 saatlığa xeyir iş üçün icazə vermək nə boyda problemdir ki, bunu həll etmək istəmədiniz ?
Yəni 23.12.2021-ci il nişan mərasiminə 1 saatlığa Sanqaçaldan Binəqədiyə 1 illik məzuniyyətinin vaxtı keçmiş olsa da belə icazə ilə gələ bilməyən əsgərə müharibə zamanında nə deyəcəyik. Axı o da 44 günlük müharibədə şəhid ola bilərdi. Hörmətli cənab general İlham Abdullayev istər həmin əsgərin özünün nişan mərasimi olsun, istərsə də qardaşının. Biz belə düşünürük ki, qanunla ona icazə verməli idiniz.
Qalanı, təfərrüatdır...
P.S Ətraflı yazı bütün araşdırmalardan sonra yazılacaq. Qəzanız mübarək.
gundelik baki.com
Teref.az olaraq məqalədə toxunulan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.