İnam Kərimov buğda ilə arpanın fərqini bilmir…- İDDİA

28-12-2021, 08:39           
İnam Kərimov buğda ilə arpanın fərqini bilmir…- İDDİA
İnam Kərimov kilosu 50 qəpik olan xiyarı 4 manata uşaq bağçalarına satıb…

İnam Kərimov gedir…üzü aşağı…

Gənc nəslin nümayəndəsi İnam Kərimov kənd təsərrüfatı naziri təyin olunanda hamı düşünürdü ki, gənc nazir aqrar sahədə yeni islahatlara imza atacaq, ölkəmizdə ərzaq məhsulları aşıb-daşacaq, qiymətlər ucuzlaşacaq.
Amma ...
Əmması odur ki, gənc nazir rayona səfərlərinin birində qucağına quzu alıb şəkil çəkdirdi və hesab etdi ki, bunula özünü reklam edir.
Amma həmin şəkil sosial şəbəkədə, cəmiyyət arasında məsxərəyə qoyuldu.
Həmin vaxt Nizami Gəncəvinin “Yeddi gözəl” poemasını hamı yada saldı.
Qısa məlumat üçün bildirək ki, əsərdə Bəhram şahın kənizi Fitnə vərdiş hesabına iri öküzü öz boynunda apara bilirdi.
Cəmiyyət üzvləri də gənc nazir İnam Kərimovu məsxərəyə qoyaraq kəniz Fitnəyə bənzədirdilər.
Yəni quzunu qucağına götürüb şəkil çəkdirmək hələ kənd təsərrüfatı naziri olmaq üçün yetərli deyil.
Düzdür, günümüzdə içməli su ilə texniki suyu ayıra bilməyənlər Su İdarəsinə müdir təyin olunurlar.
Ancaq İnam Kərimov lap pisindən imiş.
Bu adam özü mütəxəssis olmadığı üçün on illərlə formalaşmış kadr korpusunu məhv edərək öz savadsız qohum-əqrəbasını, dost-tanışını KTN-ə doldurdu.
Təsəvvür edirsiniz dostu olan tarix müəllimini Baytarlıq idarəsinə rəis qoydu.
Bu adamı nazir təyin edəndə düşünmədi ki, ölkənin ən geniş sahəsi olan aqrar sahədən zərrəcə xəbərim yoxdur, bu etimadı doğrulda bilərəmmi, ya, yox, rəhbərlik etdiyim sahəni məhvə apararam-filan...
Bu adam buğda ilə arpanı, arpa ilə çovdarı səhv salır.
Cənab nazir rəqəmləri saxtalaşdıraraq cəmiyyəti və hakimiyyəti aldadır.
Belə ki, İnam Kərimov təkcə istehsal olunan məhsulun həcmini deyil, əkin sahələrini də bilərəkdən şişirdir. Çünki dövlət hər əkilən hektara görə, subsidiya, yanacaq, gübrə və s ayırır. Bütün bunlar hamısı mənimsənilən milyonlar deməkdir.
Məlumdur ki, taxıl subsidiyasını əldə etmək üçün hökumətə yaxın fermerlər “pripiska” aparır. Yəni əkmədikləri əraziləri taxıl zəmiləri kimi qeydiyyatdan keçirirlər. Məsələn, 100-150 hektar, bəlkə də 100 hektar ərazilər var ki, boşdur, rəqəmlərdə guya orada taxıl əkilib, taxıl biçilib.
Əgər sabah dünyada ərzaq qıtlığı yaranarsa, İnam Kərimov bu millətə nə cavab verəcək ?
İnam Kərimovun əsas işi dövlətin ayırdığı milyonları tender yolu ilə dostlarına məxsus şirkətlərə ötürməkdir.
Bir sözlə, dövlətin pullarını İnam Kərimov dostları ilə bölüşdürür.
Bircə faktı qeyd edək ki, İnam Kərimovun tabeçiliyində olan və dostunun rəhbər olduğu “Aqrar Tədarük və Təchizat” ASC uşaq bağçalarına kilosu 50 qəpiyə olan xiyarı kiloqramı 4 manatdan satıb.
Xiyarı 4 manata, özü də körpə uşaqlara…
Həmin ASC 150 min manatlıq printer katrici alıb.
Bir soruşan yoxdur ki, ay İnam müəllim, mətbəə açmısan?
Bir sözlə, İnam Kərimov gedir, özü də üzü aşağı…
gundelik baki.com
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazlrıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.