Binəqədi RETSİ-nin Dərnəgül problemi - Qaçqınkom aldadılır, yoxsa..? - VİDEO

29-12-2021, 08:37           
Binəqədi RETSİ-nin Dərnəgül problemi -
Binəqədi rayon Elektrik Təchizatı və Satışı İdarəsinin rəisi Teymur Tağızadənin daha bir özbaşınalığı üzə çıxıb. Sən demə, idarə rəisi rayon üzrə itirilmiş enerjinin varlığını ört-bas etmək məqsədilə qanunsuz işlərə imza atırmış. Belə ki, Tağızadə satdığı enerjinin pulunu dolayı yolla çıxarmaq üçün həm Azərişıq ASC-nin rəhbərliyini, eləcə də Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsini (bundan sonra - QMKDK) aldadırmış.
TEREF.AZ yazır ki, bu barədə Demokratik TV-yə daxil olan məlumata görə, Dərnəgül qəsəbəsi Səttar Bəhlulzadə ilə Ziya Bünyadov küçələrinin kəsişməsində yerləşən məcburi köçkün yataqxanalarına və yaxın ərazini əhatə edən QMKDK-ya məxsus "26" kod altında istifadə edilən əhali kodu kommersiya və digər maddi məqsədlər üçün istifadə edilir. Məlumata görə, Dərnəgüldə yol kənarında yerləşən bir sıra sahibkarlıq subyektləri araşdırılarsa üzə çıxar ki, Qaçqınkomun əhali kodu üzrə ödədiyi elektrik enerjisini bəzi sahibkarlar da istifadə edir. Yəni, təsəvvür edirsinizmi, Azərişıq sahibkarlıq obyektlərinin istifadə etdiyi elektrik enerjisini də dövlətə - Qaçqınkom-a ödətdirirmiş.

Saytımızın əldə etdiyi məlumata görə, ərazidəki transformatora (TM-443) əlavə gərginliyin yüklənməsi təkcə büdcə israfçılığı yaratmır, həm də mütamadi texniki nasazlıqlar, süni problemlər yaradır. Məcburi köçkünlərin tez-tez işıqsız qalmasına səbəblərdən biri də məhz əlavə yüklənmələrdir.
İddialara inansaq, Azərişıq sözügedən maxinasiyada ikiqat uduş əldə edir, enerjini həm abonentə, həm də nəğd pulla qaçqınkoma satır. Problem barədə Azərişıq ASC-nin aidiyyatı şəxsləri də məlumatlıdır.

2021-ci ilin sentyabrında Binəqədi RETSİ-nin rəisinin qeyri-rəsmi əmrilə ərazidə məcburi-köçkün qeyri-yaşayış obyektlərindən 50-yə yaxın sayğacın sökülərək çıxarılması da məsələnin ciddiyyətindən xəbər verir.

Bu fakta görə Teymur Tağızadə cəzalandırılmazsa, hər şey gün kimi aydındır - Demək ki, "Azərişıq" ASC-ni sadəcə satdığı enerjidən pul qamarlamaq, debütor borcu minimumda saxlamaq maraqlıdır, bu məqsədlə dövlətin digər qurumu maddi zərər görsə də...
Teref.Az Azərişıq ASC-nin mövqeyini də öyrənib dərc etməyə çalışacaq!













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.