Baku Electronics-dən şikayətlər bitmir .... ŞİKAYƏT

5-01-2022, 08:09           
Baku Electronics-dən şikayətlər bitmir .... ŞİKAYƏT
Teref.az Baku Electronics-dən daha bir vətəndaş şikayəti təqdim edir:
Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Mədən-1 korp-40 ev 28 sakini Mirzəliyev Mirsübhan Mirrasim oğlu tərəfindən

MÜRACİƏT

Yəqin ki, hər birimiz istehlakçı hüquqlarının pozulması halları ilə qarşılaşmışıq.
Bu dəfə eyni hal mənim başıma gəldi. Belə ki, Baku Electronics-dən aldığım telefonu 1 həftə sonra dəyişmək və ya geri qaytarmaq istədikdə şirkət min-bir bəhanə gətirərək heç bir halda bunu etməycəyini bildirdi. Halbuki telefon istifadə olunmamışdı, hətta nömrə belə taxılmamışdı.
Şirkət nümayəndələrinə öz rəsmi saytlarında "14 gün ərzində məhsulun dəyişdirilməsi və geri qaytarılması" ilə bağlı verdikləri zəmanəti, eləcə də "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun 15-ci maddəsini xatırlatsam da heç bir xeyri olmadı.
Hətta şirkətin müştəri xidmətləri bölməsi ilə də əlaqə saxlayıb, bildirdim ki, mənim müştəri tarixçəmə baxsınlar. Düşündüm ki, bu boyda şirkətin yəqin ki, bir loyallıq proqramı var və sadiq müştərilərinə qarşı daha anlayışla yanaşarlar.
Amma heç bir cəhdimə məhəl qoyulmadı. Təbii ki, ölkənin ən böyük elektronika mağazasının istelakçı hüquqlarını bu şəkildə açıq aşkar pozması və heç bir şeyə məhəl qoymaması ilə barışa bilməzdim.
Əgər reklama bir ətək dolusu pul xərcləyən bu şirkət ən adi istehlakçı hüququnu pozursa və kimsə buna etiraz etmirsə, deməli bu proses elə belə də davam edəcək və arada sadə vətandaşlar əziyyət çəkəcəklər.
Nə isə eləmədim tənbəllik Baku Electronics-ə qarşı iddia ərizəsəsi yazdırdıb məhkəməyə müraciət etdim.
Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiam təmin edildi telefonun geri qaytarılması və ödədiyim pulun alınaraq mənə ödənilməsi qət edildi.
Baku Electronics şirkətinin bu qanuna zidd hərəkətləri mənə psixoloji təsir göstərdi.
Ümid edirəm bundan sonra Baku Electronics istehlakçı hüquqlarına və müştəri məmnuniyyətinə daha həssas yanaşar və digər vətəndaşlarımız da bir daha belə hallarla qarşılaşmazlar.Mən vətəndaşlara tövsiyə edirəm ki, qanunları saya salmayan belə şirkətlərlə alış-veriş edərkən ehtiyatlı olsunlar yoxsa mənim kimi aldanıb süründürməçiliyə məruz qala bilərsiniz.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.