"İqtisadiyyat nazirliyinin Vergi Xidməti və Dövlət Gömrük Komitəsi, mən sahibkar olaraq bu 654 manatı şirkətimin xərcinə necə salım?"

12-01-2022, 00:00           
"İqtisadiyyat nazirliyinin Vergi Xidməti və Dövlət Gömrük Komitəsi, mən sahibkar olaraq bu 654 manatı şirkətimin xərcinə necə salım?"
Teref.az yazır ki, iqtisadçı ekspert Nazim Baydəmirli sosial şəbəkədə İqtisadiyyat nazirliyinin Vergi Xidməti və Dövlət Gömrük Komitəsinə müraciət edərək yazır:
"Hörmətli İqtisadiyyat nazirliyinin Vergi Xidməti və Dövlət Gömrük Komitəsi, mən sahibkar olaraq bu 654 manatı şirkətimin xərcinə necə salım?
Niyə 2-3 il əvvəl gömrük terminallarında vergidən yayınma halları ilə bağlı suallarım bu günə qədər də həll olunmamış qalır? Ölkə başçısı çıxış edib, barmaq silkələyib ki, hamı düzgün işləsin, niyə siz düzgün işləməklə bağlı sahibkarlar arasında ayrı-seçkilik edirsiniz?
Kölgə iqtisadiyyatı ilə mübarizə xırda sahibkarlara və küçə ticarəti ilə məşğul olub ailəsini güclə dolandıranlara aiddir, ya oliqarxlara da aiddir? Sualıma cavabı xahiş edirəm gecikdirməyin, mənim işçim terminalda rəsmi qəbzi təkidlə tələb etməyinə baxmayaraq niyə 1-2 saat gözləməyinə baxmayaraq ala bilməyib və məcbur olub qanunsuz ödəniş istəyənlərə "boyun əyib"?
"
Teref.az olaraq qarşı tərəfin möpvqeyini dərc etməyə hazırıq!
Teref.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru