Gürcüstan vətəndaşının Azərbaycanda yerkökü MONOPOLİYASI! Vergi ödəməyənlər pulları xaricə daşıyır

12-01-2022, 00:01           
Gürcüstan vətəndaşının Azərbaycanda yerkökü MONOPOLİYASI! Vergi ödəməyənlər pulları xaricə daşıyır
5 yanvar 2022-ci il tarixində Tərtər rayonunun Süsənli kəndində, Dördyol – I Qaçqınlar qəsəbəsinin əhatəsində olan kənd təsərrüfatı təyinatlı əkin sahəsinə baş çəkdik. Müasir avadanlıqlarla ən son suvarma və əkilmə metodları ilə ilin bütün fəsilləri üzrə yerkökü, gülkələmi və sarımsaq məhsullarının əkib-becərildiyini müşahidə etdik. Bu gördüklərimizi regionumuzda kənd təsərrüfatının inkişafında sahibkarlığa dövlət tərəfindən yaradılan münbit şəraitin mövcudluğunun bariz nümunəsi, regionların iqtisadi-sosial inkişafı kimi dərk etdik. Eləcə də burada görülən işlər öz müasirliyi ilə Azərbaycanın digər şəhər və rayonları üçün xoş nümunə kimi təqdim olunmasının vacibliyini düşündük. Lakin, sözügedən sahədə gedən işlərin işıqlandırılması, müəssisənin fəaliyyəti barədə ictimaiyyətə müfəssəl məlumatların çatdırılmasını təmin etmək məqsədilə jurnalist fəaliyyətimizin qarşısı məqsədli şəkildə alındı. Bir sahibkarın fəaliyyətinə dair jurnalist araşdırmasının həyata keçirilməsi cəhdlərimiz orada çalışan işçilər və sahibi tərəfindən əngəlləndi. Və məlum oldu ki, bizə müsahibə və məlumatlar verməkdən yayınanlar əslində fəaliyyətlərindəki mühüm nöqsan və özbaşınalıqları mətbuatdan və dövlət qurumlarından gizlətməyə çalışıblar. Əslində, ilk baxışdan “uğurlu sahibkar”, nümunəvi əkin sahəsi kimi görünən mənzərənin uzun illərdir ictimaiyyətdən cidd-cəhdlə gizlədilən çox maraqlı yanları var.
Qısa jurnalist araşdırması sonucu əldə etdik ki, sən demə, sözügedən sahədə kənd təsərrüfatı məhsullarının əkib-becərilməsini təşkil edən şəxslər Gürcüstan Respublikasının vətəndaşlarıdır. Başda, əsas iş adamı kimi önə çıxan, Bakıda “MEYVƏLİ” bazarında yerkökü ticarəti ilə məşğul olan şəxs isə Şahvələd Bayramovdur. Öyrəndik ki, məhz bu şəxsin və yaxın ətrafının Azərbaycanda bizneslə, əkin-biçinlə məşğul olmaları mövcud qanunvericiliyin mühüm tələblərinə ziddir. Çünki, əcnəbi vətəndaşlığı olan bu adamlar il ərzində 100 minlərlə manat gəlir əldə etsələr də, dövlət büdcəsinə vergi ödəmir, özlərindən başqa digər əcnəbi vətəndaşların da Azərbaycanda qanunsuz işləmələrinə şərait yaradır, dövlətin bir sıra qurumlarını pul qazanmaq eşqilə aldadır və rüşvətlə bəzi yerli məmurları ələ alaraq ciddi nöqsanlar yaradırlar.demokratik.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.