FÜZULININ ICRA BAŞÇISI IŞ ISTƏYƏN ŞƏHIDIN QARDAŞINA TƏPIK ATDI, ANASINI ISƏ TƏHQIR ETDI… — NARAZILIQ!

12-01-2022, 08:23           
FÜZULININ ICRA BAŞÇISI IŞ ISTƏYƏN ŞƏHIDIN QARDAŞINA TƏPIK ATDI, ANASINI ISƏ TƏHQIR ETDI… —
Yazmışdıq, yenə yazırıq: Saxta diplomlularla, “yuxarı”dan tapşırılmışlarla, korrupsiyaya bulaşmışlarla Qarabağda cənnət qurmaq mümkün olmayacaq. Bu müstəvidə bizə Türkiyənin “Bayraktar”ları, İsrailin “Harop”ları kömək etməyəcək. Vicdanlı yerli kadlar lazımdır. Vicdanı isə pulla almaq mümkün deyildir.

Sadiq oxucularımız bəlkə də xatırlayarlar, hələ bu ilin fevral ayında «Deryaz.az” saytı etibarlı mənbəyə istinadən yazmışdı ki, Füzuli Rayon İcra Hakimiyyətinin (RİH) 3-cü “Qayıdış” qəsəbəsi İnzibati Ərazi Dairəsi (İƏD) üzrə nümayəndəliyinin sədri Məmmədova Tamella Taleh qızının keçmiş AMİ-nin Gəncə filialından aldığı diplom saxtadır. Bizim bu yazımızdan sonra Korrupsiyaya Qarşı Mübarizə İdarəsindən araşdırma aparılıb icra nümayəndəsi vəzifədən çıxarıldı. Bu günlərdə daha bir şəhid anası Dəryaz qəzetinə müraciət edərək bildirdi ki, oğlumla birlikdə iş üçün icra başçısı Alı Alıyevin qəbuluna getdim. Alı müəllim bizi kabinetində qəbul etmədi. Aşağıda qəbul etdi. Sözümü bitirməmiş oğlumun üstünə cumdu,oğluma təpik atıb stulu başına vurmaq istədi. Mənə də dedi ki,yaxın gəlmə, pandemiyadır.
Deryaz.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.