Vətəndaşların pulunu mənimsəyən şirkət dələduzluqla məşğuldur...

21-01-2022, 10:42           
Vətəndaşların pulunu mənimsəyən şirkət dələduzluqla məşğuldur...
“CityNet” internet provayderi artıq 7 saata yaxındır ki, internet təminatını dayandırıb. Teref.az yenicag.az-a istinadən xəbər verir ki, internet verilişinin kəsilməsilə bağlı provayderdən heç bir açıqlama verilmir.

“CityNet”in *1177 və (012) 5377777 əlaqə nömrələrinə isə baxılmır, zənglərə cavab verilmir.

Provayderin sosial şəbəkə hesablarına isə kesinti ilə bağlı saysız şikayətlər yazılır, “CityNet”ə baykot çağırışları səsləndirilir.

Daha öncə də keyfiyyətsiz internet təminatı ilə bağlı çoxlu şikayətlərin edildiyi provayder, bütün bu şikayətlərə etinasız yanaşır, açıqlama vermək məsuliyyətini belə dərk etmir.

Görünən odur ki, vətəndaşların pulunu mənimsəyən şirkət dələduzluqla məşğuldur.

Mövzunu diqqətdə saxlayacağıq.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru